Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Magistraturaların jurnalistika ixtisasına qəbul üçün qeydiyyat başlayıb

Ali təhsil

13-06-2023, 10:42

Magistraturaların jurnalistika ixtisasına qəbul üçün qeydiyyat başlayıb


Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Bu barədə "tehsil.media"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2023-cü il iyunun 13-dən 16-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər (iyunun 11-də keçirilən imtahanda iştirak etmiş şəxslər (1-ci cəhd imtahanında müvafiq nəticəsi olmayanlar) imtahan nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə bilərlər).

Namizədlər 2023-cü il iyunun 19-da "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2023-cü il iyunun 20-dən etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər, proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Oxunub: 356
Paylaş:
Digər xəbərlər

Ali təhsil

6-06-2023, 10:59

Magistratura üzrə 68, 69 və 70 saylı qəbul proqramlarını seçmək istəyənlərin NƏZƏRİNƏ

Ali təhsil

15-05-2023, 10:11

Magistratura imtahanının II cəhdində iştirak üçün qeydiyyat başlayıb

Elm və təhsil

9-06-2023, 10:33

Teatr, kino sahəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbulun qeydiyyat vaxtı bilindi

Ali təhsil

23-05-2023, 10:00

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün ərizə qəbulu aparılır

Ali təhsil

5-06-2023, 12:34

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 21:48
Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
Dün, 14:30
Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA
Dün, 14:29
Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək
Dün, 14:28
Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR
Dün, 14:28
Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ
Dün, 14:26
Zaur İsayev: Akademiklərin dərsliklərə münasibəti zəifdir
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 21:48
    Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
  • Dün, 14:30
    Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA
  • Dün, 14:29
    Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək
  • Dün, 14:28
    Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR
  • Dün, 14:28
    Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ
  • Dün, 14:26
    Zaur İsayev: Akademiklərin dərsliklərə münasibəti zəifdir
  • Dün, 13:15
    Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
  • Dün, 08:49
    Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
  • Dün, 08:47
    Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
  • 11-02-2026, 20:21
    Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”
  • 11-02-2026, 20:19
    Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH
  • 11-02-2026, 20:18
    İbtidai sinif dərslikləri psixoloqlarla hazırlanır
  • 11-02-2026, 20:17
    Dərsliklər yeganə bilik mənbəyi DEYİL
  • 11-02-2026, 20:17
    MİQ və sertifikasiya: psixoloji suallara da yer verilməlidir?
  • 11-02-2026, 20:16
    Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir
  • 11-02-2026, 20:15
    Prezident: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir
  • 11-02-2026, 20:14
    AMEA-nın dərslik ekspertizasında rolu artırılmalıdır - ARTİ rəsmisi
  • 11-02-2026, 20:13
    150-dən çox məktəbə direktor təyin olunur
  • 11-02-2026, 20:12
    İbtidai siniflərdə musiqi dərsliyində nəzəriyyə olmayacaq
  • 11-02-2026, 20:10
    UNEC nəzdində Kollec sertifikatlar əldə edib
  • 11-02-2026, 10:49
    Daha bir kollecə yeni təyinat olub
  • 11-02-2026, 10:48
    Bakıda tələbə qız bacısını bıçaqlayıb
  • 11-02-2026, 10:48
    Fevralın 13-də GRE imtahanı keçiriləcək
  • 11-02-2026, 10:47
    Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlayıb
  • 11-02-2026, 10:45
    Universitetlərdə valideyin iclası keçiriləcək? - AÇIQLAMA
  • 11-02-2026, 00:33
    Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
  • 11-02-2026, 00:32
    Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verilib
  • 10-02-2026, 16:28
    Məktəblərdə son günlərdə xoşagəlməz münasibət yaranıb...
  • 10-02-2026, 15:33
    Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
  • 10-02-2026, 15:11
    ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
  • 10-02-2026, 12:21
    Sabahdan müəllimlərin attestasiyası başlayır
  • 10-02-2026, 12:20
    Kəsiri olmayan bütün tələbələrə təqaüddə güzəşt edilməlidir - TƏKLİF
  • 10-02-2026, 12:19
    170-dən çox məktəbə yeni direktor təyin ediləcək
  • 10-02-2026, 12:19
    Yeni xarici dil modeli: yazı işi necə qiymətləndiriləcək? - DİM
  • 10-02-2026, 12:18
    Cəlil Məmmədquluzadə: müəllim, yazıçı, milli oyanışın təşəbbüskarı...
Daha çox
8-02-2026, 16:13
​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
10-02-2026, 15:11
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
10-02-2026, 15:33
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
6-02-2026, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
6-02-2026, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
6-02-2026, 12:55
Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə