Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Valideynlər üçün “Yay məktəbi”nə start verilib

Valideynlər üçün “Yay məktəbi”nə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı ümumi təhsil məktəblərində valideynlər üçün “Yay məktəbi”nə start verilib.

tehsilmedia.info azedu.az-a istinadən xəbər verir ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.

Paytaxtdakı 193 nömrəli tam orta məktəbdə təşkil olunmuş “Yay məktəbi”nin iştirakçılarını salamlayan məktəbin direktoru Nihal Hacıyeva “Şagird davranış qaydaları, onların tətbiqi və nəticələri” mövzusunda təlim proqramını təqdim edib. Valideynlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə maraq doğuran məsələlərə aydınlıq gətirilib, konkret nümunələr əsasında müzakirələr aparılıb.

Valideynlər üçün “Yay məktəbi”nin açılış mərasimdə çıxış edən BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, məktəb-ailə münasibətlərinin tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın daha səmərəli müstəviyə köçürülməsi üçün çevik və şəffaf mexanizmlərin formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Müəllim-şagird-valideyn üçbucağının uğurlu alınması üçün valideynlərin təhsil prosesinə yönləndirilməsini əhəmiyyətli məsələlərdən biri hesab edən sektor müdiri bu baxımdan valideynlər üçün “Yay”məktəbi”nin uğurlu təşəbbüs olduğunu söyləyib. A.Mustafazadə “Qiymətləndirmənin (dəyərləndirmənin) insan həyatındakı rolu və qiymətləndirmə prosesində valideyn təklifləri” mövzusunda təqdimatla çıxış edib.

“Yay məktəbi”nin proqramına əsasən təqdim olunan “Övlad-valideyn münasibətləri” mövzusunda psixoloji-interaktiv iş, sual-cavab sessiyaları da valideynlər tərəfindən maraqla qarşılanıb.

“Yay məktəbi” çərçivəsində valideynlərin robototexnika sahəsində ixtisaslaşmış müəssisələrə ekskursiyaları da nəzərdə tutulub.

Qeyd edək ki, 3 gün davam edəcək “Yay məktəbi”nin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər