Xəbər lentiwidget-title-icon

Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR

BMU-nun magistraturasında yeni ixtisaslar açılıb

BMU-nun magistraturasında yeni ixtisaslar açılıb

Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə tələbə qəbulu planında yer alan yeni istiqamətlərdən biri də Nəqliyyat tikintisi mühəndisliyi ixtisası və bu sahəyə aid olan Körpülər və nəqliyyat qurğularının tikintisi ixtisaslaşmasıdır.

Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru, hava, su) piyada yolları, keçidlari, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. Körpü və nəqliyyat qurğularının tikintisi üzrə magistr proqramının əsasını nəqliyyat qurğularının avtomatlaşdırılmış layihələndirilməsi, körpü konstruksiyalarının layihələndirilməsi, nəqliyyat yolları və qurğularının müayinəsi, eləcə də qiymətləndirilməsi kimi fənlər təşkil edir.

Nəqliyyat müasir dövrdə ayrıca mühəndislik sanayesi halına gəlməkdədir. Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan irəliləyişlər əmək bazarında nəqliyyat mühəndislərinə olan təlabatı daha da artırmaqdadır və bu artımın onümüzdəki illərdə də davam etməsi gözlənilir. Lakin nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dayişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını inkişaf etdirmələri tələb olunur. Bütün bunları nəzərə alaraq, ixtisaslaşmanı öz bilik va bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmağı bacaran kadrlar üçün perspektivli sahələrdən biri hesab etmək olar. BMU-da bu sahə üzrə müvafiq mühəndis hazırlığı universitetin Memarlıq və inşaat fakultəsi tərəfindən həyata keçiriləcək.

Universitetdən tehsilmedia.info-a bildirilib ki, növbəti tədris ilindən BMU-nun qəbul planına magistratura səviyyəsi və MBA üzrə bir sıra yeni ixtisas və ixtisaslaşmalar əlavə olunub. Belə ki, Dizayn, Maşın mühəndisliyi, Mexanika mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisaslarına, Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi kimi yeni ixtisaslaşmalara magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq.

MBA proqramı üzrə yeni ixtisaslaşmalara gəlincə, Biznesin idarə edilməsi ixtisasına 7 ixtisaslaşma əlavə edilib. Bu sırada Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimaiyyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrinin idarə edilməsi kimi ixtisaslaşmalar yer alır.

Ümumilikdə BMU-nun magistr pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə 181 plan yeri ayrilib. Bu yerlərdən 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşür.

Oxşar xəbərlər

Bütün xəbərlər