Xəbər lentiwidget-title-icon

Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
İmtahanlarda maksimum bal toplayanların sayı niyə azalır?
Ucarda 15 yaşında ana olan yeniyetmə ilə bağlı açıqlama
Qəbulun sınaq imtahanına qeydiyyat davam edir
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib
Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu” başa çatıb
Müəllim şagirdi bağışladı...
Ali məktəb prorektorları üçün I təlim proqramı yekunlaşıb
Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
Məktəbəqədər təhsil cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayır – Rektor

Tələbə ölümləri niyə artır? – Həkim: “Bu, mədə ağrısı deyil, ürək tutmasıdır”

Tələbə ölümləri niyə artır? – Həkim: “Bu, mədə ağrısı deyil, ürək tutmasıdır”

Xəbər verdiyimiz kimi, 2022-ci ilin statistikasına əsasən, ali məktəblərdə təhsil alan 72 tələbə dünyasını dəyişib.

“Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilən məlumata əsasən, vəfat edən tələbələr arasından 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Məlumdur ki, tələbələr universitetlərə qəbul olunarkən, onlardan sağlamlıq haqqında arayış tələb olunur. Tələbələr bu arayışı qeydiyyatda olduqları poliklinikaya gedib, bir-bir həkimlərdən keçərək əldə edirlər. Lakin bəzən şagird valideynləri və tələbələr bu məsələyə heç də ciddi yanaşmır, öz şikayətlərini həkimlərə bildirməyib “Heç bir problemim yoxdur” deyib, işlərini bitmiş hesab edirlər. Bəzən də poliklinikalar prosesə ciddi yanaşmırlar. Məsələ isə bu qədər sadə deyil. Ağrının, xəstəliyin gizlədilməsi sonradan onlar üçün həyatı təhlükəyə çevrilir, bəzən ölümlə nəticələnir.

Bəs bu kimi xoşagəlməz halların tərkrarlanmaması üçün nə etmək lazımdır?

Tələbə ölümləri niyə artır? – Həkim: “Bu, mədə ağrısı deyil, ürək tutmasıdır”

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a danışan tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof, dietoloq Şəmsiyyə Namazlı qeyd edib ki, bir çox xəstəliklərin təyin olunması üçün ciddi və vaxt müayinələr edilməlidir:

“Tələbələrin vəfat etməsinin müxtəlif səbəbləri ola bilər. Məlumdur ki, universitetlərə qəbul olan zaman tələbələrdən sağlamlıq haqqında arayış tələb olunur. Burada onlar dispanser qeydiyyatından keçir kardioloq, nevropatoloq və.s ümumilikdə hər bir həkimin qəbulunda olaraq, bu sənədi əldə edirlər”.

İnsanların orqanizmasında olan ciddi proseslər var ki, bu cür sadə müayinələrdən keçərkən, onu araşdırıb, üzə çıxarmaq qeyri-mümkün olur. Çünki sağlamlıq arayışı şablondur. Onlar gəlirlər şikayətləri olmadığını bildirirlər, həkimlər də arayışda, həmin şəxsi sağlam olaraq qeyd edirlər. Lakin burada, heç olmasa, ən elementar müayinələr olmalıdır. Ən azından kardioloqdan keçərək kardiqrama olmalıdırlar. Ürək döyüntüləri, təzyiq ölçülməlidir. Ürəkdə ritm pozğunluğu varmı, yoxmu deyə müşahidə olunmalıdır. Bu sadə müayinələri poliklinika şəraitində etmək olar. Amma digər, vaxt aparan yoxlanışlar var ki, onu 1 gün ərzində etmək qeyri-mümkündür.

Həkim qeyd edib ki, bir çox xəstəlik özünü sonradan büruzə verir:

“Həmçinin, adi analizlərdən biri də qan və sidik analizidir. Bu təbii ki, müayinənin əlifbası sayılır. Ola bilər, heç tələbələr bu analizlərdən keçmirlər. Onlarda qan azlığı, qanın formal elementlərində ciddi dəyişikliklər ola bilər. Və bunun fəsadları sonradan da özünü büruzə verə bilir. Məlumdur ki, tələbələr oxuduqları müddət normal və rejimlə qidalana bilmirlər. Və zamanla baş gicəllənmə, yıxılma hallarına, huş itməsinə, hətta daha böyük fəsadlara yol aça bilər.

Nevropatoloq müayinəsidə olduqca vacibdir. Ola bilər ki, uşaq travma alıb, epilepsiya xəstəsidir və yaxud beyin daxili qan dövranında pozulma var. Bunlarda sonradan özünü büruzə verən xəstəliklərdir.

Daha sonra, uzidən keçərək daxili orqanlarınıda olan vəziyyəti də öyrənə bilərlər. Güman edirəm ki, arayış alan zaman bu yoxlanışlardan da keçmirlər. Tələbələr də daima hərəkətlidir, oxuyurlar, gəzirlər və sağlamlıqlarına diqqət yetirməyib, yoxlanışdan keçməsələr, sonda bu cür ağır fəsadlar ilə nəticələnə bilər.

Ş.Namazlının qənaətincə, şəxslər tərəfindən şikayətlərə əsaslanan, ölümə səbəb olan xəstəliklər var ki, bunları yalnız ciddi yoxlanışlar zamanı, ekspertizanın rəyinə əsaslanaraq aşkarlamaq olur:

“Ola bilər ki, tələbələrin oxuduğu müddətdə sağlamlıqları barədə şikayətləri olub, lakin zamanında həkimə müraciət etməyiblər. Məsələn, bəzən ürəklə bağlı ciddi xəstəliklər var ki, bu, mədə və qarında ağrılarla başlayır. Uşaqlarda “adi ağrıdır” deyib yola verirlər.

Onlar bilmirlər ki, bu mədə ağrısı deyil, ürək tutmasıdır. Problemlər olduqca çoxşaxəlidir və sadalamqla qurtarmaq olmaz. Sağlamlıq haqqında arayışda ciddi xəstəlikləri aşkarlamaq olmasa da, bayaq qeyd etdiyim ilkin müayinələri mütləq etmək lazımdır.

Ən azından sözügedən yoxlanış zamanı əldə olunan məlumatları həmin şəxsə deyib, problemin nə olduğu barədə məlumatlandıra bilərik. Xəstənin həmin problemi müalicə edib-etməməsi onun özünün, valideynlərinin səlahiyyətindədir”.

Oxşar xəbərlər

Bütün xəbərlər