Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

Mübariz İbrahimovun şəhadətindən 13 il ötür

Mübariz İbrahimovun şəhadətindən 13 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür.

tehsilmedia.info-ın məlumatına görə, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.

O, Tərtərin Çaylı istiqamətində düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək onlarla təkbətək döyüşub.

Bu qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Ermənistan tərəfi uzun müddət hərbçimizin meyitini qaytarmaqdan boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun meyitlərini Azərbaycana təhvil verib.

2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib.

Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər