Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”

Şikayətlər

28-10-2023, 13:28

8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”


Bərdə rayonunun Muğanlı kəndindən olan və hazırda Binəqədi rayonunda yaşayan keçmiş Xüsusi Təyinatlı, Gizir, 8 medallı Pərvin Möhübbət oğlu Hüseynov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

tehsil.media-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”


Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-Pərvin Möhübbət oğlu Hüseynov 1995-ci ilin iyun ayının 15-də Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşam. Ailənin dörd oğlan övladından biriyəm. 2021-ci ildə atamı itirmişəm. 2001-2012-ci illərdə Elzamin Mirzəyev adına Muğanlı kənd tam orta məktəbində oxumuşam. Orta məktəbi bitirdikdən bir il sonra-2013-cü ilin 4 iyul tarixində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanmışam. Əvvəlcə Bakı şəhərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qulluq etmişəm, sonra isə Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə Əsgərliyimi davam etdirmişəm. Əsgərliyimin bir ilinin tamamında-2014-cü ilin yayında Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil olmuşam və 6 aylıq kursu bitirdikdən sonra, 2014-cü ilin sonlarından Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə-xidmətə başlamışam.

Elə bu yerdəcə qeyd edim ki, qardaşımın biri də hərbçidir, 12 ilə yaxındır Azərbaycan Ordusunda xidmət edir. İkinci Vətən Müharibəsinin və son əməliyyatların iştirakçısı olub. Xüsusi Təyitanlı Qüvvələrin “N” saylı hərbi hissəsində Kiçik gizir kimi xidmətə başladıqdan az sonra, yəni, 2016-cı ilin tarixi uğurlu Aprel döyüşlərinə kimi iki dəfə döyüş tapşırığında iştirak etmişəm. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan, tarixi Qələbə və Zəfərimizə gedən yolun başlanğıcı, cığırı olan Aprel döyüşlərində Vətənin keşiyində dayanmışam, döyüşlərdə iştirak etmişəm. Həmçinin, ABŞ Xüsusi Təyinatlıları ilə bir yerdə 6 həftəlik kurs keçmişəm.

Dünya hərb tarixinə yazılan 44 günlük İkinci Vətən Müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələrin Giziri kimi iştirak etmişəm. Füzulidən Şuşayacan döyüşlərdə olmuşam. Şuşada qanlı döyüşlər zamanı yaralanmışam. Yaralanmağıma baxmayaraq, döyüşü davam etdirmişəm, müharibə bitənə, tarixi Qələbə və Zəfərimizə kimi döyüşlərdə olmuşam. İkinci Vətən Müharibəsindən az sonra isə Kəlbəcər rayonunun təhvil-təslimində iştirak etmişəm. Müharibə zamanı yaralanmağıma rəğmən Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. 2022-ci ildə qardaş və dost Türkiyədə iki dəfə-Türkiyə Özəl Kuvvetleri ilə dörd həftəlik bir kursda, iki aylıq isə bir kursda olmuşam, sularda əməliyyat kursunu keçmişəm. Bununla yanaşı, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak etmişəm, yaralanmışam, qapalı (ağır) kəllə-beyin travması almışam.

Yaralanmağıma baxmayaraq, yenə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. Eyni zamanda, səhhətimin pisləşməsi ilə bağlı 2023-cü ilin yanvarından əvvəlcə Hərbi hospitalda, sonra isə müxtəlif xəstəxanalarda müalicə almışam, müayinələrdən keçmişəm. 2023-cü ilin sentyabr ayının 14-dən isə Ordudan təxris olunmuşam. Hələ də müalicə-müayinələrimi davam etdirirəm. Hələ də səhhətimdə ciddi problemlər var.

Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, o cümlədən “Şüacətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun (1918-2018) 100 illiyi”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.

Bunlara görə Sizə-Müzəffər Ali Baş Komandanımıza, Qalib Sərkərdəmizə, xalqımızın Xilaskar oğluna, Qalib Dövlətimizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm”.

8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”
8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”


ŞƏHİD VƏ QAZİ ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLILAR…

8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”


Müraciətdə sonra qeyd olunur:

“Cənab Ali Baş Komandan!

Çox dəyərli Mehriban xanım!

Sizlərin-hər ikinizin Azərbaycan naminə fədakarlıqları, tarixi xidmətləri misilsiz, saysız-hesabsızdır. Saymaqla bitirmək, qurtarmaq olmaq. Hər ikiniz də qoşa qanad kimi Azərbaycan dövlətinin güclü, qüdrətli, firavan olması, öz imzasını imzalar içində əbədi həkk etdirməsi üçün gecə-gündüz demədən çalışırsınız. Bu gün məhz Sizlərin sayəsində Azərbaycan dünyanın ən güclü, ən qüdrətli dövlətləri sırasındadır. Azərbaycan bu gün dünyanın sabitlik və təhlükəsizlik adasıdır. Azərbaycan keçmiş post-sovet, MDB məkanında separatçılığa, separatizmə son qoymuş, öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş ilk və yeganə dövlətdir.

Bəli, Rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi məhz Sizin dəmir iradəniz, cəsarətiniz sayəsində Azərbaycan 1988-ci ildən başlayan qanlı Qarabağ fitnəkarlığına, Qarabağ münaqişəsinə son qoydu, torpaqlarını yağı-murdar erməni tapdağından, işğalından azad etdi. Həm tarixi 44 günlük İkinci Vətən Müharibəsi, həm 2022-ci ilin “Qisas” əməliyyatı, həm də 2023-cü ilin 19-20 sentyabr tarixli 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində işğalçı və təcavüzkar Ermənistan diz çökdürüldü, öz əli ilə öz əbədi məğlubiyyətinə imza atdı, qanlı Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.

Bu gün üçrəngli bayrağımız Azərbaycanımızın hər bir guşəsində-o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Laçında, Şuşaşda və digər bölgələrimizdə dalğalanmaqdadır. Bu gün Azərbaycan dövləti Qalib Dövlət, Azərbaycan xalqı Qalib Xalqdır. Bütün bunların memarı isə Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi Sizsiniz. Məhz Sizin və ən sadiq, ən etibarlı silahdaşınız Mehriban xanımın birgə fəaliyyəti, Xalq-Dövlət-İqtidar birgəliyi, həmrəyliyi nəticəsində bunlar baş verib, Qalib Xalqa, Qalib Dövlətə çevrilmişik.

Allah Sizləri, Qalib Azərbaycanımızı qorusun!”

Müraciətdə daha sonra bildirilir:

“Hörmətli İlham Heydər oğlu!

Əziz və dəyərlimiz Mehriban xanım!

Bu müraciəti ünvanlamaqla, Sizlərdən həm də yaşadığım problemlərin həllində mənə, ailəmə dəstək olmağınızı xahiş və rica edirəm. Bir neçə il öncə ailə həyatı qurmuşam. Hazırda iki övlad-Məryəm və Zümra adlı iki azyaşlı qız atasıyam.

Hazırda heç bir yerdə işləmirəm. Heç bir yerdən gəlirim yoxdur. İkinci Vətən Müharibəsində və “Qisas” əməliyyatında yaralanmağımla əlaqədar səhhətimdə çox ciddi problemlər var.

Hələ də müalicələrimi davam etdirirəm. Əlillik dərəcəsi də almamışam. Hazırda Bakı şəhərində, Binəqədi rayonunda yaşayıram ailəmlə. Həm ipoteka krediti, həm də iki banka kredit ödəyirəm.

Qeyd etdiyim kimi, hazırda da heç bir yerdə işləmirəm, maddim durumum çox ağırdır və kreditlərimi ödəyə bilmirəm. Bunlar isə yaxşı olmayan səhhətimi bir az da korlayır, pisləşdirir. Böyük qızım uşaq bağçasına getməlidir, amma pul ödəyə bilmədiyim üçün gedə bilmir. Bu da bir ata kimi mənə çox pis-ağır təsir, qürurumu incidir.

Ona görə hər bir kəsə, hər bir Azərbaycan vətəndaşına dəstək olan Sizlərdən problemlərimin həllinə dəstək olmağnızı, kreditlərimin bağlanması, bağışlanması ilə bağlı aidiyyatı qurumlara göstəriş və tapşırıqlar verməyinizi xahiş və rica edirəm.

Çox xahiş və rica edirəm ki, bu məsələlərin həllində dəstəyinizi əsirgəməyəsiniz. Əminəm və inanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizlərə-hər ikinizə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”

Etikxeber.az

Oxunub: 244
Paylaş:
Digər xəbərlər

Məktəblər

26-08-2023, 11:30

Prezident və birinci xanım Laçında 2 nömrəli tam orta məktəbin açılışında - FOTO

Gündəm

15-10-2023, 10:00

İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 20 il ötür

Rəsmi

5-05-2023, 11:14

Prezidentlə xanımı Hadrutda tam orta məktəbin bərpa layihəsi ilə tanış olub

Gündəm

18-06-2023, 10:00

Mübariz İbrahimovun şəhadətindən 13 il ötür

Gündəm

2-10-2023, 10:47

İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılışında

Araşdırma
Nazirlik təhdid üstünə təhdid yağdırdı! MÜƏLLİMLƏRİN TELEFONLARI SUSMADI!!!
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Elm və Təhsil
Bugün, 01:25
Nazirlik təhdid üstünə təhdid yağdırdı! MÜƏLLİMLƏRİN TELEFONLARI SUSMADI!!!
Dün, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Dün, 13:29
I sinfə elektron qəbul davam edir
Dün, 13:26
1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
Dün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Dün, 07:37
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Hadisə
19-06-2025, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 01:25
    Nazirlik təhdid üstünə təhdid yağdırdı! MÜƏLLİMLƏRİN TELEFONLARI SUSMADI!!!
  • Dün, 16:59
    Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
  • Dün, 13:29
    I sinfə elektron qəbul davam edir
  • Dün, 13:26
    1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
  • Dün, 07:55
    Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
  • Dün, 07:37
    Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
  • 19-06-2025, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • 19-06-2025, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • 19-06-2025, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • 19-06-2025, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • 19-06-2025, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • 19-06-2025, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • 18-06-2025, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • 18-06-2025, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • 18-06-2025, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • 18-06-2025, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • 18-06-2025, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • 18-06-2025, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • 18-06-2025, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • 18-06-2025, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • 18-06-2025, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • 18-06-2025, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • 18-06-2025, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • 18-06-2025, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • 18-06-2025, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • 18-06-2025, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • 18-06-2025, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
Daha çox
18-06-2025, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Dün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
18-06-2025, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
18-06-2025, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə