"2023-2024-cü tədris ilindən yeni məktəbli formalarının tətbiqinə başlanılması nəzərdə tutulur".
"
tehsil.media"ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
"Hər bir təhsil müəssisəsinin yeni formalara keçib-keçməyəcəyinə təhsil müəssisəsinin Pedaqoji şurası qərar verəcək. Şurada pedaqoji heyətlə bərabər, valideynlər də təmsil olunur", - şöbə müdiri bildirib.