Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

“Uğursuzluqla nadir hallarda qarşılaşıram” - RFO-dan 100 bal toplayan ŞAGİRD

Elm və təhsil

Dün, 15:46



Tovuz rayonu Habil Əkbərov adına Aşağı Mülki kənd tam orta məktəbinə direktoru, 2024-cü ilin “Örnək müəllim” adına layiq görülən Şəms Mustafayevanın şagirdi İmaməli Alıyev Respublika Fənn Olimpiadasında tarix fənni üzrə ən yüksək - 100 bal toplayıb.

AzEdu.az bu münasibətlə 100 bal toplayan şagird İmaməli, həm də Şəms müəllimlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Tarix fənni üzrə 100 bal toplayan İmaməli Alıyev qeyd edib ki, uşaqlıq illərindən tarixə böyük həvəs göstərib:


“Mən Tovuz rayonunun Əyyublu kənd S.İskəndərov adına tam orta ümumtəhsil məktəbin 10-cu sinif şagirdiyəm. Uşaqlıqdan tarix fənninə böyük həvəs göstərmişəm, bu sahə ilə bağlı çoxlu kitablar oxumuşam. Olimpiada ilə ilk dəfə 7-ci sinifdə tanış oldum və həmin vaxt Şəms müəllimə məni hazırlamağı öz üzərinə götürdü. Hazırlıqdan sonra birinci turda 95 bal toplayaraq növbəti mərhələyə keçdim, yarımfinalı da uğurla başa vuraraq finalda birinci yerə layiq görüldüm.

Keçən il 9-cu sinifdə oxuyarkən daha çox çalışdım və məqsədim qızıl medal qazanmaq idi. Lakin son anda cəmi yarım bal fərqlə qızıl medaldan kənarda qaldım və gümüş medalla kifayətlənməli oldum. Bu il isə ilk turda 100 bal toplaya bildim və hazırda yarımfinal mərhələsindəyəm".

İmtahan zamanı suallara baxanda hiss etdim ki, tapşırıqlar mənim hazırlaşdığım mövzulara uyğundur

"Hətta düşündüm ki, bu dəfə maksimum nəticə əldə edə bilərəm. İmtahan bitdikdən sonra artıq 100 bal toplayacağıma inanırdım və nəticə də gözlədiyim kimi oldu. Bu nəticəyə çatmaq üçün müntəzəm və planlı şəkildə hazırlaşdım. Məşğələlərdən əlavə dərslikləri oxuyur, müxtəlif materiallara baxır, testlər işləyirdim.

Digər imtahanlara xüsusi hazırlaşmır, əsas diqqətimi olimpiadaya yönəldirdim. Tarix fənninə əlavə vaxt ayırmağım uğur qazanmağımda böyük rol oynadı.Hazırda ikinci ixtisas qrupu üzrə hazırlaşıram. Hədəfim maliyyə ixtisasıdır. Gələcəkdə ADA Universitetində və ya Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirəm.

Yaxınlarım və müəllimlərim məndən hər zaman yüksək nəticələr gözləyiblər. Əvvəlki illərdə də uğurlarım olduğu üçün bu nəticə onları sevindirsə də, təəccübləndirmədi. Qazandığım uğur özümə olan inamımı daha da artırdı, lakin arxayınlaşmamağa çalışıram. Çünki əsas hədəfim qızıl medaldır və bunun üçün daha çox çalışmalıyam. Düşünürəm ki, hələ hər şey yeni başlayır.

Hazırlıq prosesində mənə xüsusi çətin görünən mövzu olmayıb. Mövzu çətin olsa belə, üzərində çalışaraq onu mənimsəməyə çalışıram. Uğursuzluqla nadir hallarda qarşılaşıram, amma bu da mənim daha çox işləməyim üçün stimul olur".

Motivasiyanı qorumaq üçün daha çox disiplinə üstünlük verirəm

"Hər səhər gün ərzində hansı mövzulara vaxt ayıracağımı qeyd dəftərimdə planlaşdırıram. Dərs oxuduqdan sonra özümə qısa fasilələr verir, müəyyən bir mövzunu yüksək səviyyədə öyrəndikdə isə özümü kiçik mükafatlarla sevindirirəm.

Gələcək planım bu il də əlimdən gələni edərək daha böyük uğurlar qazanmaqdır. Respublika Fənn Olimpiadasında iştirak etmək istəyənlərə tövsiyəm odur ki, məşğələlərlə kifayətlənməsinlər, mütləq öz üzərlərində əlavə işləsinlər. Seçdikləri fənnə xüsusi önəm versin, ona vaxt ayırsınlar və ən əsası olimpiadanın adından qorxmasınlar. Fənni məcburiyyətdən deyil, sevərək və dərindən öyrənsinlər. Bu zaman uğur qazanmaq daha real olacaq”.

Pedaqoji fəaliyyətinə müəllim kimi başlayan Şəms müəlim 2019-cu ildə Lerik rayonunun Andurma kəndində müəllim vəzifəsində işə başlayıb və üç il həmin məktəbdə fəaliyyət göstərib:

177036

“2022-ci ildə müəllimlərin işə qəbulu imtahanında 56 bal toplayaraq Tovuz rayonu Əyyublu kənd Sahibskandərova adına tam orta məktəbdə müəllim kimi fəaliyyətə başladım. Elə həmin ilin noyabr ayında Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkil etdiyi direktor müavinlərinin imtahanında iştirak etdim və uğur qazanaraq həmin məktəbdə direktor müavini vəzifəsinə təyin olundum.

Məktəbdə direktor vəzifəsi vakant olduğu üçün üç il müddətində direktor səlahiyyətlərini də icra etdim. Daha sonra direktorların işə qəbulu imtahanında yüksək nəticə göstərərək 8 sentyabr 2025-ci il tarixindən etibarən Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olundum.

2022-2023-cü tədris ilindən etibarən şagirdlərin fənn olimpiadalarına hazırlanmasına başladım. İlk ildə artıq bir neçə medal əldə olundu. 2024-2025-ci tədris ilində isə şagirdlərim 4 medal qazandı: 3 qızıl və 1 gümüş. Cari tədris ilində 11 şagirdim olimpiadanın birinci mərhələsini uğurla keçib. Onlardan 5 nəfər 80+ bal, 1 nəfər isə 100 bal toplayıb. Qeyd edim ki, əvvəlki ildə Aliyev İmaməli birinci mərhələdə 100 bal toplamış, ikinci və final mərhələlərində isə maksimum 120 baldan 117 bal yığaraq yüksək nəticə göstərmişdi. Hazırda şagirdlərlə ikinci mərhələyə hazırlıq davam edir və əsas məqsədimiz medal sayını daha da artırmaqdır.

Mənim üçün yüksək nəticə göstərən şagirdlərlə işləmək rahatlıq yox, əksinə ikiqat məsuliyyətdir. Çünki bu uşaqlar sıradan abituriyentlər deyil, olimpiada istiqamətində xüsusi seçilmiş, məqsədli və iddialı şagirdlərdir. Onların arasında sağlam rəqabət var və hər biri 100 bal uğrunda mübarizə aparır. Bir yox, bir neçə potensiallı şagirdlə eyni vaxtda işləmək müəllimdən daim inkişaf etməyi, daha çox zəhmət çəkməyi və hər zaman bir addım öndə olmağı tələb edir. Açıq desəm, 14–15 yaşlı bu şagirdlərin dünyagörüşü bəzən məni belə təəccübləndirir.

Mənim fikrimcə, 100 balın əsas amili bilik deyil. Bilik əlbəttə ki, vacibdir, amma həlledici faktor deyil. Burada əsas rol oynayan diqqət, psixoloji hazırlıq, həyəcanın idarə olunması və imtahana tam adaptasiyadır. Çox vaxt 80-90 bal toplayan şagirdlə 100 bal toplayan şagird arasındakı fərq cəmi bir-iki xırda diqqətsizlikdən ibarət olur”.

Ucqar kənd məktəblərində, maddi-texniki bazası zəif olan şəraitdə oxuyan şagirdlərin uğuru mənim üçün tamam fərqli sevincdir

“Şəhər məktəbləri ilə müqayisədə imkanları məhdud olan, bəzən 50–60 kilometr məsafə qət edərək dərsə gələn uşaqların bu cür nəticələr göstərməsi böyük qürur hissi yaradır. Onlar həm canlı, həm onlayn dərslərdə, soyuq-qış demədən böyük əzmlə çalışırlar və bu uğur mənim üçün adi uğurlardan qat-qat dəyərlidir.

Mövcud problemlərə gəldikdə isə, əsas çatışmazlıqlardan biri dərsliklərin tez-tez dəyişməsidir. Şagird bir mövzuya tam adaptasiya olmamış həmin məlumat dərslikdən çıxarılır və ya yenisi əlavə olunur. Bu da uşaqlarda çaşqınlıq, yorğunluq və motivasiya itkisi yaradır. Ümumilikdə isə təhsil sistemini, xüsusilə olimpiada prosesini şəffaf və ədalətli hesab edirəm. Son illərdə bacarıqlı və savadlı şagirdlərin seçilməsi üçün real imkanlar yaradılıb.

RFO imtahanının qiymətləndirmə mexanizmini də ümumilikdə müsbət dəyərləndirirəm. Birinci mərhələdə suallar nisbətən asan idi və hətta olimpiadaya hazırlaşmayan, adi abituriyent səviyyəsində olan şagirdlər üçün də keçilə bilən idi. Lakin düşünürəm ki, birinci mərhələdə çətinlik səviyyəsi bir qədər artırılsa, daha məqsədəuyğun olar. İkinci mərhələ isə artıq yüksək səviyyədə tənzimlənir. Hər fənn üzrə respublika üzrə 60 şagird finala vəsiqə qazanır və onlardan 30-u medal əldə edir. Bu mərhələdə yalnız bilik yox, psixoloji dözümlülük, diqqət və həyəcanın idarə olunması da həlledici rol oynayır. Mənim fikrimcə, finala qalxan 60 şagirdin hər biri artıq qalibdir".

Oxunub: 8
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

23-01-2026, 14:57

Uşaqlıqdan çətin məsələləri həll etməkdən zövq alırdım- MÜSAHİBƏ

Məktəblər

8-05-2023, 12:06

Respublika fənn olimpiadalarının nəticələri AÇIQLANDI

Hadisə

6-02-2024, 15:19

Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ

Elm və təhsil

22-01-2024, 15:23

Bütövlüyümüzün şüur məkanı - MƏQALƏ

Məktəblər

23-01-2024, 15:55

Kənddə 40 ildən sonra ilk təhsilverən qadın: “Özümü “Çalıquşu” serialında hiss edirdim”

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
Dün, 19:30
Ali məktəbə qəbul: Universitetlər imtahanı özləri keçirə bilərmi?
Dün, 19:29
Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb
Dün, 18:10
ETİHİ statistikanı açıqladı
Dün, 16:06
​Nazirliklərin "İmza Marafonu": Reallıq, yoxsa Sadəcə Protokol?
Dün, 15:57
Azərbaycanda işsiz gənclərin sayı AÇIQLANDI
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 00:01
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
  • Dün, 19:30
    Ali məktəbə qəbul: Universitetlər imtahanı özləri keçirə bilərmi?
  • Dün, 19:29
    Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb
  • Dün, 18:10
    ETİHİ statistikanı açıqladı
  • Dün, 16:06
    ​Nazirliklərin "İmza Marafonu": Reallıq, yoxsa Sadəcə Protokol?
  • Dün, 15:57
    Azərbaycanda işsiz gənclərin sayı AÇIQLANDI
  • Dün, 15:56
    AYB-dən qovulan 30 nəfər kimlərdi? - AÇIQLAMA
  • Dün, 15:55
    Prezidentlər hərbçilərin birgə təlimini izlədilər
  • Dün, 15:49
    Ali və peşə təhsili sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı gücləndirilir
  • Dün, 15:49
    Emin Əmrullayev Elm və Texnologiya Şəhərində olub
  • Dün, 15:48
    Kollec rəhbərləri üçün təlimlərə başlanılıb
  • Dün, 15:47
    İmtahanlar şagirdlər üçün yükdür? - KSQ və BSQ-lərin ləğvi...
  • Dün, 15:47
    90 dəqiqəlik mühazirələrin sonu: ali təhsildə köhnə model iflas edir
  • Dün, 15:46
    “Uğursuzluqla nadir hallarda qarşılaşıram” - RFO-dan 100 bal toplayan ŞAGİRD
  • Dün, 15:45
    BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda
  • Dün, 15:44
    UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib
  • Dün, 15:43
    BilBacar müsabiqəsinin III hazırlıq mərhələsinə start verildi
  • Dün, 08:15
    Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
  • 2-02-2026, 21:35
    Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
  • 2-02-2026, 15:28
    Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
  • 2-02-2026, 15:11
    RFO-nun nəticələri elan EDİLİB
  • 2-02-2026, 15:11
    Ölkədə gənc müəllimlərin sayı nə qədərdir? - RƏSMİ
  • 2-02-2026, 15:10
    BSU-da iki müəllimin məqaləsi Scopus indeksli jurnalda dərc olundu
  • 2-02-2026, 15:09
    “Rəqəmsal məktəb”: valideyn- məktəb əməkdaşlığında yeni imkan
  • 2-02-2026, 12:45
    İlham Əliyev Azərbaycan gənclərinə müraciət ünvanlayıb
  • 2-02-2026, 12:44
    Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir
  • 2-02-2026, 12:44
    Nazir müavini “Gənc həmkarlarla inkişafa doğru” adlı tədbirdə iştirak edib
  • 2-02-2026, 12:43
    Yaradıcı və analitik düşüncə gənclərin əsas prioritet bacarığıdır
  • 2-02-2026, 12:42
    Bu ölkədə müəllimlər ilk dəfə kütləvi tətil üçün səs verdi
  • 2-02-2026, 12:41
    Deputat: Sosial şəbəkə etikası məktəblərdə tədris olunmalıdır
  • 2-02-2026, 12:41
    İstanbulda təhsil xərcləri sürətlə artır
  • 2-02-2026, 12:40
    Professorun məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
  • 2-02-2026, 12:40
    BMU-da 9-cu BoostCamp layihəsinə start verilib
  • 2-02-2026, 11:11
    Adəm İsmayıl Bakuvi: “Gənclərin nailiyyətləri Azərbaycan brendini bütün dünyada gücləndirir”
  • 31-01-2026, 16:02
    BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib
Daha çox
28-01-2026, 23:12
ŞOK! Saxta diplomla çalışan tərbiyəçi-müəllim kimdir???
29-01-2026, 14:40
Heydər Əliyev adına liseydə "Qiymət bazarı" və qanunsuzluqlar
30-01-2026, 19:25
“Azərbaycanın sabahı bu gün məktəbdə formalaşır”
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
29-01-2026, 14:16
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə