Xəbər lentiwidget-title-icon

ETN RƏQƏMSAL EKOSISTEM YARADIR, YOXSA RƏQƏMSAL IMITASIYA?
bp Naxçıvanda laboratoriya və emalatxanalar yaradır
Məcburi köçkünlərin təhsil haqları ilə bağlı QƏRAR: Yeni modelə keçilir
Ali məktəblər lisenziyalı süni intellektlə təmin ediləcək
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
14 iyunda magistraturaya qəbul imtahanı keçiriləcək
Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Əilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Ombudsman Aparatı 3 nömrəli internat məktəbində monitorinq keçirib
Bağça və məktəb mebelləri ilə bağlı yeni standartlar qəbul edilib
BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
BŞTİ: Mayda 12802 müraciət daxil olub
Azərbaycanlı tədqiqatçı 60 ilin REKORDUNU qırdı: Elmi işi EASL-ə daxil edildi
Bu həftəsonu 51 mindən çox şəxs qəbul imtahanı verəcək
BANM məzunu 55 min dollarlıq TƏQAÜD qazanıb
Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
RFO qaliblərinin mükafatlandırılması bu tarixlərdə keçiriləcək
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib

ETN RƏQƏMSAL EKOSISTEM YARADIR, YOXSA RƏQƏMSAL IMITASIYA?



Azərbaycan universitetlərində rəqəmsallaşmanın sistem problemləri

Son illərdə Azərbaycan təhsil sistemində, xüsusən də universitetlərdə “rəqəmsallaşma”, “rəqəmsal transformasiya”, “rəqəmsal universitet”, “rəqəmsal ekosistem” kimi anlayışlardan tez-tez istifadə olunur. Müxtəlif tədbirlərdə, forumlarda, strateji sənədlərdə universitetlərin rəqəmsal transformasiyası mühüm prioritet kimi cəmiyyətə təqdim edilir.
Görəsən, Azərbaycan universitetlərində həqiqətən rəqəmsal ekosistem formalaşır, yoxsa yenə də iş görüntüsü üçün sadəcə rəqəmsallaşma terminologiyasından istifadə edilir?
Rəqəmsallaşma nədir? Rəqəmsallaşma kompüterlərin alınması, internet şəbəkəsinin qurulması, elektron sənəd dövriyyəsinin tətbiqi deyil. Rəqəmsallaşma idarəetmə fəlsəfəsinin, təhsil proseslərinin, qərar qəbuletmə mexanizmlərinin və insan kapitalının transformasiyasıdır. Bu baxımdan Azərbaycanın ali təhsil sisteminə diqqətlə baxdıqda ciddi konseptual boşluqlar görünür.
Rəqəmsal ekosistem nədir?
Rəqəmsal ekosistem müxtəlif informasiya sistemlərinin, verilənlər bazalarının, tədris platformalarının, idarəetmə mexanizmlərinin, analitik alətlərin və istifadəçilərin vahid rəqəmsal mühitdə inteqrasiyasıdır.
Universitet səviyyəsində rəqəmsal ekosistem rəqəmsal idarəetmə sistemi, LMS (Learning Management System), distant təhsil platforması, tələbə məlumat sistemi, müəllim fəaliyyətinin analitik monitorinqi, elektron kitabxana, elmi fəaliyyətin rəqəmsal idarə olunması, süni intellekt əsaslı qərar dəstəyi sistemləri, böyük verilənlərin analizi kimi komponentləri əhatə etməlidir. Bu elementlər bir-birindən ayrı deyil, vahid sistem kimi işləməlidir.
Əgər universitetdə yalnız elektron jurnal və ya elektron kabinet mövcuddursa, bunu rəqəmsal ekosistem adlandırmaq metodoloji baxımdan düzgün deyil.
Strategiyasız rəqəmsallaşma mümkün deyil
Bütün inkişaf etmiş ölkələrdə rəqəmsal transformasiya milli strategiyalara əsaslanır. Yəni, əvvəlcə strategiya hazırlanır. Daha sonra məqsədlər müəyyən edilir, indikatorlar seçilir, rəqəmsal yetkinlik səviyyələri müəyyənləşdirilir, monitorinq mexanizmləri qurulur, maliyyələşmə modeli hazırlanır. Əgər ölkənin ali təhsil sisteminin rəqəmsal transformasiya strategiyası yoxdursa, universitetlərin rəqəmsallaşması ayrı-ayrı rəhbərlərin təşəbbüslərindən və təsadüfi layihələrdən asılı qalır. Bu halda rəqəmsal transformasiya deyil, rəqəmsal pərakəndəlik, rəqəmsal xaos yaranır.
Azərbaycan ali təhsil sisteminin rəqəmsal transformasiyasının uzunmüddətli konseptual modeli varmı? Əgər belə model mövcud deyilsə, rəqəmsal ekosistemdən danışmaq daha çox siyasi və inzibati ritorika xarakteri daşıyır, inkişafa yox, PR və hay-küyə xidmət edir.
Təəssüf ki, Azərbaycanda nəinki ali təhsil sisteminin, ümumilikdə təhsil sisteminin nə informatlaşma, nə də rəqəmsal transformasiya strategiyası və konsepsiyası olmayıb. Ona görə də “2005-2007- ci illər üzrə” və “2008-2012-ci illər üzrə” təhsilin informatlaşması dövlət proqramları səmərəsiz icra edilib. Sonrakı illərdə isə ümumiyyətlə nə strategiya, nə də dövlət proqramı olmayıb. Amma ETN nümayəndəsi deyir ki, son 5 ildə, məktəblərin kompüterlə təchizatı 3-4 dəfə yaxşılaşıb, indi 6 şagirdə 1 kompüter düşür.
Əgər bu sahədə heç bir strategiya və dövlət proqramı yoxdursa, məktəblərin kompüterləşməsi hansı konseptual bazada reallaşıb, bunun nəticəsi nədir? Yalnız statistika? Əgər məktəblərdə təhsilin keyfiyyəti ilbəil enirsə, onda kompüterlərin təhsilə nə faydası oldu? Bəlkə o pulları kompüterlərə yox, elə müəllimlərin maaşına əlavə edək, repetitorluğu ləğv edib, məktəbi dirçəldək? Bu keyfiyyət baxımından daha səmərəli olardı, əgər ETN keyfiyyət axtarırsa.
Rəqəmsal yetkinlik meyarları müəyyən edilibmi?
Dünyanın qabaqcıl universitetləri mütəmadi olaraq rəqəmsal yetkinlik qiymətləndirmələri aparırlar. Bu qiymətləndirmələr texnoloji infrastruktur, rəqəmsal liderlik, rəqəmsal pedaqogika, verilənlərin idarə olunması, süni intellekt inteqrasiyası, kibertəhlükəsizlik, distant təhsil imkanları kimi istiqamətləri əhatə edir.
Azərbaycan universitetlərinin hansı rəqəmsal yetkinlik səviyyəsində olması barədə açıq elmi tədqiqatlar və ya milli monitorinq hesabatları mövcuddurmu? Əgər belə qiymətləndirmələr aparılmayıbsa, hansı əsasla universitetlərin rəqəmsal inkişaf səviyyəsi barədə qərarlar qəbul edilir? Ölçülməyən inkişaf idarə oluna bilməz. Bu, idarəetmə elminin fundamental prinsipidir.
Bir neçə il əvvəl tədbirlərin birində, ETN menecerinə təhsilin rəqəmsal yetkinliyi nədir, niyə lazımdır barədə izahat verdim. Bildirdim ki, bunsuz rəqəmsallaşma sahəsində heç bir inkişaf mümkün deyil, rəhbərliyə bunu çatdır, lazım olarsa, biz belə bir metodologiya hazırlaya və təhsilin rəqəmsal yetkinliyi monitorinqini apara bilərik. Amma ETN-dən səs çıxmadı.
Distant təhsil paradoksu
COVID-19 pandemiyası bütün dünyaya göstərdi ki, distant təhsil artıq əlavə seçim deyil, strateji zərurətdir. Pandemiya dövründə inkişaf etmiş universitetlər qısa müddətdə tam distant rejimə keçə bildilər. Çünki onların LMS sistemləri, elektron kursları, rəqəmsal resursları və müəllim hazırlığı əvvəlcədən mövcud idi. Azərbaycan universitetlərinin əksəriyyətində isə distant təhsil əsasən videokonfrans platformalarının istifadəsi ilə məhdudlaşdı.
Əsl distant təhsil sistemi rəqəmsal kurs dizaynı, adaptiv öyrənmə, elektron qiymətləndirmə, öyrənmə analitikası, tələbə fəaliyyətinin monitorinqi kimi komponentlərdən ibarətdir. Əgər universitetlərin böyük hissəsində bu elementlər hələ də tam formalaşmayıbsa, rəqəmsal universitet anlayışının özü ciddi suallar doğurur.
Təəssüf ki, distant təhsilə 25 il qadağa qoyan təhsil məmurları, bu gün də bu təhsil texnologiyasının mahiyyətini və əhəmiyyətini düzgün anlamırlar. Bununla belə distant təhsilə dair müxtəlif beynəlxalq forumlara səfərlər etməyi də unutmurlar.
Təmir prioriteti, yoxsa rəqəmsallaşma prioriteti?
Azərbaycan ali təhsil sistemində xüsusi araşdırma tələb edən məsələlərdən biri də investisiya prioritetləridir. Son on ildə universitetlərin bina təmiri, fasad yenilənməsi, divarların boyanması, inzibati otaqların modernləşdirilməsi üçün sərf etdiyi vəsaitlə, LMS sistemləri, rəqəmsal kitabxanalar, bulud texnologiyaları, süni intellekt platformaları, tədris analitikası sistemləri üçün ayrılan vəsait müqayisə olunubmu? Bu yalnız maliyyə məsələsi deyil. Bu, strateji seçim məsələsidir. Belə bir müqayisələr aparılsaydı, ETN-nin fəaliyyətinin səmərəsi aydın olardı.
Universitetlər XXI əsrdə təmirli binaları ilə deyil, rəqəmsal imkanları ilə rəqabət aparırlar.
Dünyanın aparıcı universitetlərinin dəyəri onların divarlarında deyil, rəqəmsal bilik infrastrukturundadır. Əgər doğrudan da təmir xərcləri rəqəmsallaşma xərclərini dəfələrlə üstələyirsə, bu, təhsil siyasətinin prioritetləri barədə, menecerlərin peşəkarlığı haqqında ciddi düşünməyə əsas verir.
Texnologiya almaq rəqəmsallaşma deyil
Azərbaycanda tez-tez rast gəlinən yanaşmalardan biri texniki avadanlıq alınmasını rəqəmsallaşma kimi təqdim etməkdir. Halbuki, kompüter almaq, server quraşdırmaq, internet sürətini artırmaq, rəqəmsallaşmanın yalnız ilkin mərhələsidir.
Əsas məsələ avadanlıqlar almaq yox, texnologiyanın təhsil proseslərini necə dəyişdirməsidir. Əgər qərarlar hələ də intuisiya əsasında qəbul edilirsə, universitet rəhbərliyi məlumat əsaslı idarəetmədən istifadə etmirsə, tələbə nailiyyətləri böyük verilənlər əsasında təhlil olunmursa, müəllim fəaliyyətinin rəqəmsal monitorinqi mövcud deyilsə, onda texnologiya yalnız dekorativ funksiyanı yerinə yetirir.
Süni intellekt dövründə yeni çağırışlar
2025-ci ildən sonra ali təhsilin rəqəmsallaşması artıq LMS və elektron kabinet səviyyəsindən çıxmışdır. Bu texnologiya universitetlərdə son 25 ildə tətbiq edilib. Biz bu mərhələdə qəflətdə olmuşuq. İndi yeni mərhələ başlayıb. Bu yeni mərhələ süni intellekt əsaslı universitet modelidir. Bu modeldə fərdi öyrənmə, tədris analitikası, Sİ köməkçiləri, ağıllı qiymətləndirmə sistemləri, akademik risklərin proqnozlaşdırılması əsas komponentlərə çevrilir. Əgər universitetlər hələ də birinci mərhələnin problemlərini həll etməyiblərsə, ikinci mərhələyə keçid ciddi çətinliklərlə müşayiət olunacaqdır.
Beləliklə, görürük ki, rəqəmsal ekosistem təsadüfi layihələrin, ayrı-ayrı proqram təminatlarının və ya texniki avadanlıqların cəmi deyil. O, strateji baxışa, sistemli idarəetməyə, ölçülə bilən göstəricilərə və davamlı monitorinqə, rəqəmsal pedaogikaya əsaslanan mürəkkəb inkişaf modelidir.
Bu modelin daşıyıcıları, biliciləri, peşəkarları ETN-də varmı? ETN komandası belə zəif insan kapitalı ilə, belə mürəkkəb məsələləri 25 il ləngiməklə həll edə biləcəkmi? Yox.
ETN hər zaman onların fəaliyyəti barədə verdiyimiz neqativ proqnozları öz səriştəsiz əməlləri ilə sübut edib. Yəqin ki, belə də davam edəcəklər.
Bu gün Azərbaycan ali təhsil sistemi qarşısında duran əsas məsələ əvvəllər olduğu kimi, yenə də kompüterlər almaqdan ibarət deyil. Əsas məsələ rəqəmsal transformasiyanın elmi-konseptual modelini yaratmaqdır. ETN-nin və universitetlərin rəqəmsallaşma strategiyası olmadan, rəqəmsal yetkinlik meyarları müəyyən edilmədən, universitetlərin real vəziyyəti qiymətləndirilmədən, investisiya prioritetləri yenidən nəzərdən keçirilmədən “rəqəmsal ekosistem” anlayışı yenə də deklarativ və PR xarakteri daşıyacaqdır.
Bəs ETN nə düşünür? Universitetlərin rəqəmsal görünməsini istəyir, yoxsa onların rəqəmsal işləməsini istəyir? Bu iki yanaşma arasında fərq təkcə texnologiya fərqi deyil, gələcəyin təhsil modelini müəyyən edən strateji fərqdir.

ILHAM ƏHMƏDOV

Oxşar xəbərlər


Bütün xəbərlər

ETN RƏQƏMSAL EKOSISTEM YARADIR, YOXSA RƏQƏMSAL IMITASIYA?
bp Naxçıvanda laboratoriya və emalatxanalar yaradır
Məcburi köçkünlərin təhsil haqları ilə bağlı QƏRAR: Yeni modelə keçilir
Ali məktəblər lisenziyalı süni intellektlə təmin ediləcək
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
14 iyunda magistraturaya qəbul imtahanı keçiriləcək
Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Əilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Ombudsman Aparatı 3 nömrəli internat məktəbində monitorinq keçirib
Bağça və məktəb mebelləri ilə bağlı yeni standartlar qəbul edilib
BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
BŞTİ: Mayda 12802 müraciət daxil olub
Azərbaycanlı tədqiqatçı 60 ilin REKORDUNU qırdı: Elmi işi EASL-ə daxil edildi
Bu həftəsonu 51 mindən çox şəxs qəbul imtahanı verəcək
BANM məzunu 55 min dollarlıq TƏQAÜD qazanıb
Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
RFO qaliblərinin mükafatlandırılması bu tarixlərdə keçiriləcək
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları