Xəbər lentiwidget-title-icon

bp Naxçıvanda laboratoriya və emalatxanalar yaradır
Məcburi köçkünlərin təhsil haqları ilə bağlı QƏRAR: Yeni modelə keçilir
Ali məktəblər lisenziyalı süni intellektlə təmin ediləcək
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
14 iyunda magistraturaya qəbul imtahanı keçiriləcək
Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Əilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Ombudsman Aparatı 3 nömrəli internat məktəbində monitorinq keçirib
Bağça və məktəb mebelləri ilə bağlı yeni standartlar qəbul edilib
BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
BŞTİ: Mayda 12802 müraciət daxil olub
Azərbaycanlı tədqiqatçı 60 ilin REKORDUNU qırdı: Elmi işi EASL-ə daxil edildi
Bu həftəsonu 51 mindən çox şəxs qəbul imtahanı verəcək
BANM məzunu 55 min dollarlıq TƏQAÜD qazanıb
Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
RFO qaliblərinin mükafatlandırılması bu tarixlərdə keçiriləcək
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi

Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı



Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Ucqar kənd məktəblərində müəllim çatışmazlığı uzun illərdir təhsil sisteminin aktual problemlərindən biri olaraq qalır. Xüsusilə yaşayış məntəqələrindən uzaqda yerləşən məktəblərdə kadr təminatında ciddi çətinliklər müşahidə olunur.

Bir çox müəllimlər müxtəlif səbəblərdən belə məktəblərdə işləməyə maraq göstərmir. Nəticədə bəzi təhsil müəssisələrində müəyyən fənlər üzrə müəllim çatışmazlığı yaranır və bu da tədris prosesinin keyfiyyətinə təsirsiz ötüşmür.

Mövcud vəziyyət fonunda müəllimlərin ucqar kənd məktəblərinə cəlb olunması məsələsi yenidən gündəmə gəlib.

Maraqlıdır, bu istiqamətdə hansı təşviq mexanizmlərinin tətbiqinə ehtiyac var? Müəllimlərin bölgələrdə fəaliyyətə marağını artırmaq və kadr çatışmazlığını aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib ki, dövlətin gələcəyə açılan qapısı olan kənd məktəblərində, təəssüf ki, ciddi müəllim çatışmazlığı yaşanır:


“Azərbaycanın gələcəyi Bakıdakı, Gəncədəki və ya digər böyük şəhərlərdəki məktəblərdən daha çox, ucqar dağ kəndlərində, sərhəd bölgələrində, ən uzaq yaşayış məntəqələrində formalaşır. Hər bir kənd məktəbi dövlətin gələcəyə açılan qapısıdır. Lakin təəssüf ki, bu gün həmin qapıların bir çoxunda ciddi müəllim çatışmazlığı problemi yaşanır. Bəzi kənd məktəblərində fizika, kimya, biologiya, xarici dil və digər fənlər üzrə müəllim tapılmadığından Azərbaycan dili və riyaziyyat müəllimləri öz ixtisaslarından kənar fənləri tədris etməyə məcbur olurlar. Bu isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

Problemin kökündə ilk növbədə sosial və iqtisadi amillər dayanır. Gənc müəllimlərin böyük əksəriyyəti yaşayış şəraitinin məhdudluğu, nəqliyyat problemləri, sosial infrastrukturun zəifliyi və əlavə stimul mexanizmlərinin kifayət qədər cəlbedici olmaması səbəbindən ucqar kəndlərdə işləməyə maraq göstərmirlər. Nəticədə şəhərlərdə müəllim sıxlığı yaranır, kənd məktəbləri isə kadr çatışmazlığından əziyyət çəkir”.

İlk növbədə ucqar kəndlərdə çalışan müəllimlərə ən azı əməkhaqqının 50-100 faiz həcmində əlavə ödəniş verilməsi nəzərdən keçirilməlidir:

“Son illərdə dövlət tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb. Müəllimlərin İşə Qəbulu (MİQ) sistemi vasitəsilə vakant yerlərin tutulması prosesi şəffaflaşdırılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ucqar ərazilərdə çalışan müəllimlər üçün əməkhaqqına əlavələr tətbiq olunub. Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq dağlıq və xüsusi çətin şəraitli yaşayış məntəqələrində çalışan müəllimlər əlavə əməkhaqqı əmsalları ilə təmin edilirlər. Bununla yanaşı, bəzi bölgələrdə kommunal və nəqliyyat xərclərinin qismən kompensasiyası mexanizmləri də tətbiq edilir.

Lakin mövcud tədbirlər problemin tam həlli üçün yetərli görünmür. Dünya təcrübəsi göstərir ki, ucqar kəndlərə müəllim cəlb etmək üçün daha güclü stimullaşdırıcı paketlərə ehtiyac var. Məsələn, Finlandiya, Kanada, Avstraliya və Cənubi Koreya kimi ölkələrdə ucqar bölgələrdə çalışan müəllimlər üçün xüsusi maaş əlavələri, dövlət hesabına mənzil təminatı, güzəştli ipoteka proqramları, əlavə məzuniyyət günləri və sürətləndirilmiş karyera imkanları yaradılır.

Azərbaycanda da bu təcrübədən yararlanmaq mümkündür. İlk növbədə ucqar kəndlərdə çalışan müəllimlərə ən azı əməkhaqqının 50-100 faiz həcmində əlavə ödəniş verilməsi nəzərdən keçirilməlidir. Dövlət tərəfindən xidməti mənzillərin tikilməsi və ya kirayə haqlarının tam qarşılanması mühüm stimul ola bilər. Gənc müəllimlər üçün güzəştli ipoteka proqramlarında əlavə üstünlüklərin verilməsi də onların bölgələrdə uzunmüddətli fəaliyyətinə müsbət təsir göstərə bilər”.

Şəhərdə və ucqar dağ kəndində doğulan uşaqların eyni keyfiyyətli təhsil almaq hüququ var. Bu hüququn təmin olunması isə peşəkar müəllimlərin fəaliyyətindən asılıdır:

"Bundan başqa, ucqar kəndlərdə işləyən müəllimlərə magistratura təhsilində, sertifikasiya prosesində və karyera yüksəlişində əlavə üstünlüklərin verilməsi məqsədəuyğun olardı. Məsələn, müəyyən müddət kənd məktəbində çalışan müəllimlərin direktor, direktor müavini və digər rəhbər vəzifələrə təyin olunarkən əlavə bal əldə etməsi xüsusi motivasiya yarada bilər.

Nəqliyyat məsələsi də diqqət mərkəzində olmalıdır. Bir çox müəllim hər gün onlarla kilometr yol qət edir. Məktəb marşrutlarının təşkili, yanacaq subsidiyaları və ya nəqliyyat xərclərinin tam qarşılanması onların yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Əslində söhbət yalnız müəllimdən getmir. Söhbət kənd uşaqlarının taleyindən, onların gələcək imkanlarından və təhsildə bərabərliyin təmin olunmasından gedir. Şəhərdə doğulan uşaqla ucqar dağ kəndində doğulan uşağın eyni keyfiyyətli təhsil almaq hüququ var. Bu hüququn təmin olunması isə ilk növbədə həmin məktəblərdə peşəkar müəllimlərin fəaliyyət göstərməsindən keçir.

Bu gün ucqar kənd məktəblərində çalışan müəllimlər təkcə dərs demirlər. Onlar həm də kəndin ziyalısı, maarifçisi, gələcəyə ümid daşıyan insanlarıdır. Dövlətin və cəmiyyətin vəzifəsi həmin müəllimləri daha çox qiymətləndirmək, onların əməyinə layiqincə dəyər vermək və ucqar bölgələrdə çalışmağı fədakarlıq deyil, nüfuzlu və cəlbedici seçimə çevirməkdir. Çünki kənd məktəblərinə qoyulan investisiya əslində Azərbaycanın gələcəyinə qoyulan investisiyadır".

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Fariz İsmayılzadə qeyd edib ki, xüsusilə dağlıq rayonlar, kəndlər və ucqar yaşayış məntəqələrindəki müəllimlər üçün layihələrin sayı artırılmalı, əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir:

Xaricdə təhsil alan gənclər ölkəmizə daha güclü qayıdır

“Bu ciddi problemdir və onun həlli ilə bağlı beynəlxalq təcrübədə müxtəlif addımlar mövcuddur ki, hər bir dövlət onları nəzərdən keçirir və tətbiq edir. Məsələn, bəzi ölkələrdə müəllimlərin dağ məktəblərində və dağlıq rayonlarda işləməsini təşviq etmək üçün stimullaşdırıcı addımlar atılır. Onlara əlavə əməkhaqqı verilir, məişət problemlərinin həlli istiqamətində tədbirlər görülür, məsələn, mənzillə təmin olunurlar.

Təbii ki, ölkəmizdə də son illər müəllimlərin əməkhaqları artırılır, onların sosial dəstəklə təmin olunmasına yönəlmiş müxtəlif proqramlar həyata keçirilir. Lakin xüsusilə dağlıq rayonlar, kəndlər və ucqar yaşayış məntəqələri üçün bu layihələrin sayı artırılmalı, əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Eyni zamanda müəllimlərin işə qəbulu və peşəkar hazırlığı istiqamətində də yeni addımlar atılmalıdır. Məsələn, təkliflərdən biri kimi mən dəfələrlə müəllimlərimizin xarici ölkələrə təlimlərə göndərilməsini irəli sürmüşəm. Bu da stimullaşdırıcı faktor kimi müsbət təsir edə bilər”.

Oxşar xəbərlər


Bütün xəbərlər

bp Naxçıvanda laboratoriya və emalatxanalar yaradır
Məcburi köçkünlərin təhsil haqları ilə bağlı QƏRAR: Yeni modelə keçilir
Ali məktəblər lisenziyalı süni intellektlə təmin ediləcək
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
14 iyunda magistraturaya qəbul imtahanı keçiriləcək
Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Əilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Ombudsman Aparatı 3 nömrəli internat məktəbində monitorinq keçirib
Bağça və məktəb mebelləri ilə bağlı yeni standartlar qəbul edilib
BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
BŞTİ: Mayda 12802 müraciət daxil olub
Azərbaycanlı tədqiqatçı 60 ilin REKORDUNU qırdı: Elmi işi EASL-ə daxil edildi
Bu həftəsonu 51 mindən çox şəxs qəbul imtahanı verəcək
BANM məzunu 55 min dollarlıq TƏQAÜD qazanıb
Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
RFO qaliblərinin mükafatlandırılması bu tarixlərdə keçiriləcək
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN