Xəbər lentiwidget-title-icon

Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTO
Qarşılıqlı dərsdinləmə layihəsinin yekun tədbiri keçirilib
“Azercell CUP” müsabiqəsinə qeydiyyat başladırn
Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib
Qabiliyyət imtahanlarının ixtisas proqramı və ifa olunacaq əsərlərin siyahısı AÇIQLANDI
Şəhid ailələri üçün vakansiya seçimi BAŞLADI
İmtahanlara qeydiyyat başladı
Kosmik Olimpiadasının beynəlxalq mərhələsi keçirilib
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
WUF13-ün beşinci gününə start verilir
“ENERJİSƏN” Təcrübə Proqramına müraciətlər açıqdır
Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
“Keyfiyyət monitorinqləri aparılmış ümumi təhsil müəssisələri üzrə fəaliyyət planı”nın icra vəziyyəti, müəssisələrin fəaliyyətinə nəzarət və görülmüş işlərlə bağlı görüş keçirilir
Təhsil İnstitutunun "MARAQLI " sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvalığı
ARTİ məhkəmə qarşısında...
Keçid balları, ixtisas seçimi və qəbul şansları - bütün sualların cavabı CANLI yayımda!
Universitetlərimiz WUF13-də innovativ layihələrlə çıxış edir
Magistratura imtahanı: “Məntiq sualları narazılıq yaratmadı”
Qarabağ Universitetində tədris genişlənir: 2 yeni fakültə, 6 ixtisas
Azərbaycan-Suriya təhsil əməkdaşlığı müzakirə olunub
ETN əməkdaşları üçün təlim keçirilib
4-cü və 6-cı siniflərin sual kitabçalarında tapşırıqlar necə veriləcək?
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR

Mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal cinayət təqibi: maddi daşıyıcılardan bulud texnologiyalarına” mövzusunda mühazirə keçirilib.

Tədbiri açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və Qarabağ Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyinə təşəkkürünü bildirib.

Mühazirədə müasir dövrdə rəqəmsallaşmanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə təsiri, cinayət-prosessual hüquqda sübutetmənin klassik yanaşmalardan rəqəmsal müstəviyə keçidi, eləcə də informasiya texnologiyalarının inkişafı fonunda sübut anlayışının transformasiyası barədə ətraflı məlumat verilib.

Həmçinin hüquqi dövlət prinsipləri çərçivəsində sübutetmənin mahiyyəti, cinayət-prosessual hüquqda sübutların rolu və cəmiyyətin texnoloji inkişafı ilə əlaqədar yaranan yeni hüquqi çağırışlar diqqətə çatdırılıb.

Mühazirə zamanı sübutların prosessual forması, kriminalistik xüsusiyyətləri, əməlin tövsifinə təsiri, onların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri nəzəri və praktiki aspektlərdən izah olunub.

Bununla yanaşı, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi məsələlərinə toxunularaq, müxtəlif hüquq sistemlərində, xüsusən də ölkəmizdə bu institutun tətbiqi xüsusiyyətləri və xarici ölkələrin təcrübəsi barədə müqayisəli təhlillər aparılıb.

Mühazirədə həmçinin sübutetmə yükünün mahiyyəti, prosessual subyektlərin bu sahədə hüquq və vəzifələri, təqsirsizlik prezumpsiyası ilə sübutetmə yükü arasında qarşılıqlı əlaqə, eləcə də beynəlxalq konvensiyalar və hüquq doktrinalarında formalaşmış yanaşmalar barədə ətraflı məlumat verilib.

Rəqəmsal sübutların əldə olunması, saxlanılması və istifadəsi zamanı prosessual təminatların qorunmasının əhəmiyyəti vurğulanaraq, rəqəmsal transformasiya şəraitində fundamental hüquq və azadlıqların müdafiəsi ilə effektiv cinayət təqibi arasında balansın təmin edilməsinin vacibliyi qeyd edilib.

Qeyd olunanlarla yanaşı rəqəmsal sübutların texniki xüsusiyyətləri, elektron məlumat daşıyıcıları, bulud texnologiyaları və kiberməkanda formalaşan məlumatların hüquqi qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Mühazirə zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə elektron sübutlar, elektron sənədlər və cinayət təqibinin elektron qaydada aparılması ilə bağlı edilmiş yeni əlavə və dəyişikliklər barədə də ətraflı danışılıb.

Qeyd olunub ki, müasir texnoloji çağırışlar fonunda cinayət mühakimə icraatının rəqəmsallaşdırılması hüquq-mühafizə fəaliyyətinin operativliyinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, elektron sübutların prosessual statusu, onların əldə edilməsi və dövriyyəsi zamanı hüquqi təminatlar, habelə elektron cinayət təqibi mexanizmlərinin tətbiqi zamanı şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetirilib.

Beynəlxalq hüquqi əməkdaşlıq müstəvisində Budapeşt Konvensiyası və Hanoy Konvensiyasının əhəmiyyətinə toxunulub, kibercinayətkarlıqla mübarizə və rəqəmsal sübutların əldə olunması sahəsində beynəlxalq hüquqi mexanizmlər barədə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəhbər şəxsləri mütəmadi olaraq Qarabağ Universitetinin tələbələri üçün konkret mövzularda mühazirələr keçirlər

Oxşar xəbərlər

Bütün xəbərlər