Xəbər lentiwidget-title-icon

Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTO
Qarşılıqlı dərsdinləmə layihəsinin yekun tədbiri keçirilib
“Azercell CUP” müsabiqəsinə qeydiyyat başladırn
Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib
Qabiliyyət imtahanlarının ixtisas proqramı və ifa olunacaq əsərlərin siyahısı AÇIQLANDI
Şəhid ailələri üçün vakansiya seçimi BAŞLADI
İmtahanlara qeydiyyat başladı
Kosmik Olimpiadasının beynəlxalq mərhələsi keçirilib
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
WUF13-ün beşinci gününə start verilir
“ENERJİSƏN” Təcrübə Proqramına müraciətlər açıqdır
Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
“Keyfiyyət monitorinqləri aparılmış ümumi təhsil müəssisələri üzrə fəaliyyət planı”nın icra vəziyyəti, müəssisələrin fəaliyyətinə nəzarət və görülmüş işlərlə bağlı görüş keçirilir
Təhsil İnstitutunun "MARAQLI " sxemi: 6-cı sinif monitorinqində metodik və dil rüsvalığı
ARTİ məhkəmə qarşısında...
Keçid balları, ixtisas seçimi və qəbul şansları - bütün sualların cavabı CANLI yayımda!
Universitetlərimiz WUF13-də innovativ layihələrlə çıxış edir
Magistratura imtahanı: “Məntiq sualları narazılıq yaratmadı”
Qarabağ Universitetində tədris genişlənir: 2 yeni fakültə, 6 ixtisas
Azərbaycan-Suriya təhsil əməkdaşlığı müzakirə olunub
ETN əməkdaşları üçün təlim keçirilib
4-cü və 6-cı siniflərin sual kitabçalarında tapşırıqlar necə veriləcək?
Emin Əmrullayev Dünya Təhsil Forumunda bir sıra görüşlər keçirib
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR
III qrupların DİQQƏTİNƏ! - Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

İmtahanlara qeydiyyat başladı

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək aşağıdakı istiqamətlərin komissiyaları üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaqdır.

Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

idman;
təsviri sənət;
musiqi sənəti;
teatr, kino və xoreoqrafiya sənəti.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq. Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Subbakalavrlar aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, qeydiyyatdan keçən zaman ixtisaslar üzrə uyğun komissiyalar proqram təminatı vasitəsilə subbakalavra təqdim edilir. Subbakalavrlar iyun ayının 1-dək ərizələrini təsdiq etməlidirlər. Belə ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron ərizələrinin qeydiyyatı 1 iyun saat 23:59-dək davam edəcəkdir. Subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeyd olunan tarixədək müvafiq qabiliyyət komissiyası üzrə qeydiyyatdan da keçməlidirlər. Təhsil məlumatları tam olmayan, XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlara tələb olunan məlumatların 31 may tarixindən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamaları tövsiyə olunur. Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra avqust ayının 2-dək öz ərizələrini təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

Oxşar xəbərlər

Bütün xəbərlər