İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - Yay Təcrübə Proqramı elan edilir
Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2026-cı ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün yay düşərgəsi və iş yerində təcrübə olmaqla iki hissədən ibarət Yay Təcrübə Proqramı təşkil edir.
Yay düşərgəsi 7 gün müddətində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək.
İş yerində təcrübə 8 həftə müddətində Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində keçiriləcək.
Təcrübə proqramının üstünlükləri:
- Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanı;
- İqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
Tələblər:
- Ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr və ya I və ya II kurs magistr tələbələri;
- İqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;
- Cari tədris ilinin payız semestri üzrə ÜOMG 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı;
Proqramının müddəti: 06.07.2026-04.09.2026
Müraciət üçün:
CV-nizi tecrube@taxes.gov.az e-poçt ünvanına göndərə bilərsiniz.



























