Xəbər lentiwidget-title-icon

Peşə təhsilində qadınların daha çox seçdiyi ixtisaslar açıqlanıb
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycanlı şagird Stanford Universitetinə qəbul olub
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub
Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
Regionlarda peşə təhsili mərkəzləri yenilənir - Nazir müavini
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib
Azərbaycanda 41 min tələbə peşə təhsili alır
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib
Abituriyentlər daha çox bal üçün nə etməlidir? - səhvlər, həqiqətlər və doğru STRATEGİYA
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ
“Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur” - Akademik
Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir - Professor
17 yaşlı tələbə Harvarda qəbul oldu
Dövlət qulluğu üzrə test imtahanı keçirilir
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN
Daha bir müəllim geyiminə görə müzakirə mövzusu oldu
ADNSU-da QALMAQAL: Nə baş verir? - Yeni rektorun...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar
Təhsil krediti ilə oxuyan tələbələrin SAYI

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub.

AzEdu.az xəbər verir ki, infoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölməsinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər.

İnfoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən yeniliklərin, regionlarda müasir tədris imkanlarının və peşə təhsili alan tələbələr üçün yaradılmış şəraitin ictimaiyyətə daha geniş təqdim edilməsi, eləcə də peşə təhsilinin təşviqi, bu sahəyə marağın artırılmasından ibarətdir.

İnfotur çərçivəsində iştirakçılar mərkəzdə yaradılmış maddi-texniki baza, tədris emalatxanaları və laboratoriyalarla tanış olublar. Bu çərçivədə tələbələrin qazandıqları bacarıqlar, onların real iş mühitinə hazırlanması və peşə təhsilinin tətbiq yönümlü xarakteri əyani şəkildə nümayiş etdirilib.

Qeyd edilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Əlavə edilib ki, Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır.

İnfotur zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər