Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir" - ÇAĞIRIŞ

Bildiyimiz kimi, buraxılış imtahanlarında ingilis dili fənni üzrə dinləmə, oxu (mətnlə iş) və 100 sözə artırılan esse tapşırıqları tətbiq olunur.

Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirdi ki, müasir təhsillə bağlı hər bir yenilik təqdirəlayiq addım hesab edilməlidir.

"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən mütləq şəkildə abituriyentləri də düşünməlidir. Eyni zamanda həmin abituriyentlərin orta ümumtəhsil məktəblərində keçdikləri dərslər də diqqət mərkəzində olmalıdır".

Mütəxəssis əlavə etdi ki, burada bir neçə mühüm məqamı nəzərdə saxlamaq lazımdır:

"Birincisi, vaxt məsələsinə xüsusi diqqət yetirilməli və vaxtın artırılması təmin olunmalıdır. Məsələn, dinləmə tapşırıqları, mətn testləri və ya yazı (esse) tapşırıqları tərtib edilirsə, bunların hər biri üçün adekvat vaxt müəyyənləşdirilməlidir.

İkincisi, nəzərə almaq lazımdır ki, orta ümumtəhsil məktəblərində bu tip tapşırıqlar hansı səviyyədə yerinə yetirilir. Bu tapşırıqlar ümumiyyətlə yerinə yetirilirmi, hansı formada yerinə yetirilir və mövcud səviyyə qəbul imtahanları üçün kifayət edirmi? Bütün bu suallar nəzərə alınaraq müvafiq qərarlar verilməlidir. Lakin bəzi hallarda müşahidə edirik ki, kor-təbii şəkildə “gəlin çətinləşdirək” yanaşması tətbiq olunur. Nəticədə imtahan prosesi istər-istəməz çətinləşir və bu da buraxılış imtahanlarının mart ayına çəkilməsinə gətirib çıxarır. Bunun səbəbi isə çətinləşdirilmiş imtahanların yoxlama prosedurunun daha çox vaxt aparmasıdır. Yoxlama prosesinə üç-dörd həftə vaxt sərf olunur və bu da digər imtahanlarla toqquşmanın qarşısını almaq üçün buraxılış imtahanlarının daha erkən tarixə salınmasına təsir göstərir. Əlbəttə, biz hamımız Dövlət İmtahan Mərkəzinin yeni layihələrini dəstəkləyirik. Çünki məqsəd müasir tələblərə cavab verən imtahan modelini formalaşdırmaqdır və bu, təqdirəlayiq yanaşmadır. Beynəlxalq imtahan təcrübəsinə baxdıqda da oxşar imtahan formatlarının tətbiq olunduğunu görürük".

Müsahibimizin fikrincə, biz yenilik edərkən ilk növbədə öz reallıqlarımıza baxmalıyıq.

"Yəni orta ümumtəhsil məktəblərində şagirdlərə kifayət qədər mətn tapşırıqları, esse yazıları və dinləmə tapşırıqları verilirmi? Bu, qəbul imtahanları üçün yetərlidirmi? Hər bir məktəbdə, xüsusilə ingilis dili fənni üzrə bu tapşırıqları həyata keçirmək üçün maddi-texniki baza mövcuddurmu? Bu dərslər tədris olunursa, hansı səviyyədə tədris olunur? Əgər bir neçə məktəbi gəzib baxsaq, görərik ki, ən azı on məktəbdən üç-dördündə bu imkanlar məhduddur. Xüsusilə region məktəblərində bu problem daha qabarıq şəkildə özünü göstərir. Məncə, bütün bu amillər mütləq şəkildə nəzərə alınmalıdır", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər