Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

Adəm İsmayıl Bakuvi: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə gənc nəslin inkişafına diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”



Bu il Azərbaycan qalib ölkə olaraq öz şanlı tarixinin altı il bundan öncə qədəm qoyduğu ən şərəfli dövrünü yaşayır. Xalqımız Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq 30 il davam edən işğala son qoydu.

Üç il bundan öncə isə, həmin tarixi Qələbənin davamı olaraq əvvəlcə ölkənin ərazi bütövlüyü bərpa olundu və daha sonra Azərbaycan bütün ərazisində tam suverenliyini təmin etdi. Birmənalı olaraq demək lazımdır ki, bütün bu böyük Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb.

Bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır.

Məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini təmin etdi.”


Bu sözləri Paralel.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.


Daha sonra partiya sədri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasətindən bəhs edərək bunları deyib:


“Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider Heydər Əliyev gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.


Bundan sonra təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən Ulu Öndərimizin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdu. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Əlbəttə ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir.


Ümummilli Lider vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”


Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Gənclər siyasəti sayəsində Azərbaycan gəncliyi hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır.”


Həmçinin müsahibimiz qeyd edib ki, bu gün ölkəmizdə gənclərin bütün sahələrdə getdikcə daha çox aparıcı mövqelərə sahib olmaları da Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu strategiyasının təzahürüdür:


“Hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatının bütün sahələrində nümayiş etdirdiyi aktiv fəaliyyəti də birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətimizin gələcəyə dəqiq hesablanmış siyasətinin bariz təzahürüdür. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.


Təbii ki, Azərbaycan gəncliyi də öz növbəsində onlara göstərilən dövlət qayğısını yüksək dəyərləndirir və ölkəmizin daha parlaq gələcəyinin də birbaşa Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etməsi ilə bağlı olduğunu hər kəsdən daha yaxşı bilir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib