Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

Xaricdə oxuyan gənclər ölkəyə nə qazandırır? - “Potensiallı kadrları itiririk”

Ötən günlərdə Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub. Belə ki, deputatın sözlərinə görə, minlərlə gənc xaricdə təhsil alaraq ölkəyə qayıdıb və onların harada işləməsi, hansı sektorlarda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunmalıdır.

Məzunların dövlət sektorunda və elmi-təhsil müəssisələrində daha fəal cəlb olunması üçün hansı struktur və ya qanunvericilik dəyişikliklərinə ehtiyac var?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın sözlərinə görə, dünyanın bir çox ölkəsində xaricdə təhsil almış məzunlara sadəcə “geri qayıdan gənclər” kimi yox, strateji insan kapitalı kimi yanaşılır:

176617

"Bizdə isə hələ də əsas müzakirə onların harada işləməsindən çox, niyə sistemə tam və səmərəli şəkildə inteqrasiya ola bilməmələri üzərində qurulmalıdır.

Əvvəlcə qeyd etmək lazımdır ki, xaricdə təhsil almış məzunlarla bağlı vahid və işlək məlumat bazasının olmaması ciddi boşluq yaradır. Kim harada oxuyub, hansı ixtisas və bacarıqlara malikdir, hazırda hansı sektorda çalışır. Bu göstəricilər sadəcə statistika üçün yox, dövlətin kadr və inkişaf siyasəti üçün əsas alətə çevrilməlidir. Bir çox ölkədə bu məlumatlar əsasında dövlət sektorunda, elmi-təhsil müəssisələrində və strateji sahələrdə planlı kadr yerləşdirilməsi həyata keçirilir".

Xaricdə təhsil proqramlarının planlanmasında isə əsas problem onların əmək bazarının real ehtiyacları ilə tam uzlaşmamasıdır:

"Bəzən prestijli hesab olunan ixtisaslar seçilir, lakin ölkənin ehtiyac duyduğu sahələr kölgədə qalır. Halbuki dünya praktikasında uğurlu modellər uzunmüddətli əmək bazarı proqnozlarına əsaslanır və kadr çatışmazlığı gözlənilən sahələr öncədən müəyyən edilir. Dövlət sifarişi ilə xaricə göndərilən tələbələr üçün geri qayıtdıqdan sonra konkret sektor, region və ya layihə üzrə real fəaliyyət imkanları yaradılır. “Oxu, qayıt və özün yolunu tap” yanaşması artıq effektiv hesab edilmir.

Eyni zamanda, bu proqramların hazırlanmasına yalnız dövlət qurumları deyil, ali təhsil müəssisələri və özəl sektor da cəlb edilməlidir. Hansı bacarıqların praktikada işə yaradığı, hansı sahələrdə kadr ehtiyacının artdığı məhz bazarın özü tərəfindən daha dəqiq müəyyən edilir. Bu əməkdaşlıq olmadıqda, ən yaxşı diplomlar belə real təsir gücünü itirə bilər.

Nəticə etibarilə, xaricdə təhsil almış məzunlar ölkə üçün hazır və dəyərli resursdur. Lakin bu resursun effektiv işləməsi üçün düzgün struktur, şəffaf mexanizmlər və ehtiyaclara uyğun planlama şərtdir. Əks halda, böyük potensial sistem daxilində itib gedir. Doğru qurulan model isə təhsildə keyfiyyətin yüksəlməsinə, elmi tədqiqatların inkişafına və dövlət idarəçiliyində yeni yanaşmaların formalaşmasına real və ölçülə bilən töhfə verə bilər. Məsələ gənclərin harada işləməsindən çox, ölkənin onlara harada və necə yol açmasındadır".

Oxşar xəbərlər

Bütün xəbərlər