Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

Azərbaycan Keniyadakı məktəbə humanitar yardım göndərib

Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Keniyanın Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinə növbəti dəfə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.

AzEdu.az xəbər verir ki, Azərbaycanın Keniyadakı Səfirliyindən verilən məlumata əsasən, bu yardım AİDA-nın 2025-ci ildəki ilk maliyyə töhfəsinin davamıdır və əqli qüsurlu uşaqların təhsil aldığı məktəbin sinif otaqlarının və yataqxanaların təmiri, içməli su təminatı, təlim-tədris materiallarının və zəruri mebellərin alınması da daxil olmaqla bir sıra təcili institusional ehtiyaclarını qarşılayacaq.

Yanvarın 26-da AİDA-nın humanitar yardımının təqdim edilməsi münasibəti ilə məktəbdə mərasim keçirilib. Mərasimdə Vihiqa əyaləti qubernatorunun müavini Uilberfors Kitiezo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Vihiqa əyalətinin komissarı Florens Sitava, Keniya Təhsil Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Səfir Sultan Hacıyev AİDA-nın maliyyə yardımı əsasında məktəbdə həyata keçirilmiş işlərlə və alınmış maddi-texniki vəsaitlərlə tanış edilib.

Səfir Sultan Hacıyev inklüziv təhsilin davamlı inkişafın və bərabərliyin əsas komponenti kimi əhəmiyyətini vurğulayıb. Azərbaycanın Heydər Əliyev Fondu və AİDA vasitəsi ilə Keniyada və digər Afrika ölkələrində təhsil, gənclərin gücləndirilməsi, mədəniyyət və səhiyyə sahələrində humanitar yardım fəaliyyətindən danışıb.

Vihiqa əyalətinin qubernatorunun müavini Uilberfors Kitiezo AİDA-nın Keniyadakı humanitar fəaliyyətini Azərbaycanın dayanıqlı inkişafa və Cənub-Cənub əməkdaşlığına sadiqliyinin nümayişi olaraq qiymətləndirib və yardıma görə Azərbaycan Hökumətinə təşəkkür edib. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərini qeyd edərək, bu təqaüdün iki ölkənin xalqları arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Direktor Benina Vafula məktəbin müraciətini nəzərə alıb AİDA tərəfindən yenidən maddi yardım göndərilməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Keniyadakı səfirliyinə minnətdarlığını bildirib. O, bu xeyirxah aksiyanın Vihiqa əyalətində Azərbaycan haqqında unudulmaz təəssüratların yaranmasına böyük töhfə olacağını qeyd edib

Oxşar xəbərlər

Bütün xəbərlər