Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Yeni idarəetmə, yeni mərhələ: Ülkər Səttarova dövründə ali təhsildə nə dəyişdi?

Son illər Azərbaycan təhsil sistemində, xüsusilə ali təhsil və elm sahəsində müşahidə olunan dəyişikliklər təsadüfi deyil. Bu dəyişikliklərin mərkəzində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyəti dayanır. Agentliyə rəhbərlik edən Ülkər Səttarovanın dövründə ali təhsildə idarəetmə, beynəlxalqlaşma və elmi fəaliyyət sahəsində yeni yanaşmalar formalaşmağa başlayıb.

Əvvəlki illərdə ali təhsil daha çox daxili mexanizmlərlə məhdudlaşırdısa, yeni mərhələdə beynəlxalq inteqrasiya əsas prioritetlərdən birinə çevrildi. Ülkər Səttarovanın rəhbərliyi dövründə Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə iştirakı sistemli şəkildə təşviq edildi. Xüsusilə “Times Higher Education” kimi nüfuzlu reytinq qurumları ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində ölkə universitetlərinin qlobal akademik məkanda görünürlüğü artdı. Bu proses ali təhsildə keyfiyyət göstəricilərinin ölçülməsi və müqayisəli təhlil baxımından mühüm mərhələ oldu.

Digər mühüm istiqamət ali təhsilin beynəlxalqləşməsi oldu. Xarici tələbələrin Azərbaycan universitetlərinə marağının artması artıq statistik göstəricilərdə də öz əksini tapır. Minlərlə əcnəbi tələbənin ölkəmizdə təhsil alması təkcə say artımı deyil, həm də Azərbaycan ali təhsilinin beynəlxalq etimad qazanmasının göstəricisi kimi qiymətləndirilir. Bu, ali məktəblərin tədris proqramlarının yenilənməsini, akademik mühitin daha rəqabətli və açıq olmasını zəruri etdi.

Ülkər Səttarovanın fəaliyyəti yalnız ali məktəblərlə məhdudlaşmadı. Orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti də diqqət mərkəzinə gətirildi. Kolleclərin idarə olunmasında səmərəlilik, kadr potensialı və əmək bazarına uyğunluq məsələləri açıq şəkildə müzakirə edildi. Bu sahədə yeni idarəetmə yanaşmalarının tətbiqi, rəhbər kadrların yenilənməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi istiqamətində addımlar atıldı.

Elm sahəsində də müəyyən canlanma müşahidə olunmağa başladı. Elmi tədqiqatların koordinasiyası, beynəlxalq elmi bazalara çıxış imkanlarının genişləndirilməsi və tədqiqat nəticələrinin qlobal elmi mühitdə tanıdılması prioritet kimi müəyyənləşdirildi. Web of Science və digər nüfuzlu elmi platformalarla əməkdaşlıq elmi fəaliyyətin keyfiyyətinə və ölçülə bilən nəticələrinə yönəlik yeni yanaşma formalaşdırdı.

Eyni zamanda təhsil ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi əsas strateji hədəflərdən biri oldu. Məzunların real əmək bazarının tələblərinə uyğun bacarıqlarla yetişdirilməsi, təhsil proqramlarının praktik yönümlü olması məsələsi dövlət səviyyəsində müzakirə mövzusuna çevrildi. Bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq mexanizmləri quruldu.

Ümumilikdə, Ülkər Səttarovanın rəhbərliyindən sonra ali təhsil və elm sahəsində əsas dəyişiklikləri üç istiqamətdə ümumiləşdirmək olar: beynəlxalq açılım və tanınma, idarəetmədə sistemlilik və hesabatlılıq, eləcə də təhsilin real həyat və əmək bazarı ilə əlaqələndirilməsi. Bu proseslər hələ tam yekunlaşmasa da, mövcud tendensiyalar göstərir ki, ali təhsil daha qapalı və formal modeldən tədricən açıq, rəqabətli və nəticəyönümlü modelə keçid mərhələsindədir.

Bu dəyişikliklərin uzunmüddətli nəticələri zamanla daha aydın görünəcək. Lakin indidən demək olar ki, ali təhsildə başlayan bu mərhələ sadəcə struktur dəyişikliyi deyil, düşüncə və yanaşma dəyişikliyidir.

Son olaraq qeyd etmək istərdik ki, bu yazdıqlarımız kiminsə sifarişi deyil, dərin analiz və təhlilin nəticəsidir. Biz tehsilmedia.info olaraq təhsil sistemindəki mənfi və müsbət bütün xəbərləri sizlərə təqdim edirik. Eynilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətinin də əvvəlki və sonrakı zamanlarının təhlili bu xəbəri yazmaq zərurətini yaratdı.

tehsilmedia.info saytının təsisçisi və rəhbəri Sakit Muradov

Oxşar xəbərlər

Bütün xəbərlər