“Valideyn konfransları” keçirilib.
Ümumi təhsil müəssisələrində məktəb–ailə əməkdaşlığının gücləndirilməsi məqsədilə Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində “Valideyn konfransları” keçirilib.
Konfranslarda valideynlər və təhsil nümayəndələrinin iştirakı ilə şagirdlərin təlim-tərbiyəsi, emosional inkişafı, psixoloji rifahı və təhlükəsizlik mövzuları müzakirə edilib, təqdimatlar keçirilib və suallar cavablandırılıb.
Görüşlərin əsas məqsədi məktəblə ünsiyyətdə valideyn iştirakını artırmaq, məktəb və ailə arasında qarşılıqlı əlaqəni möhkəmləndirməklə şagirdlərin akademik və sosial inkişafını dəstəkləməkdir.




























