Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Kanadalı professor AzMİU-da akademik səfərdədir

Tanınmış alim, kompüter elmləri üzrə beynəlxalq səviyyəli mütəxəssis, texnika elmləri sahəsində dünyanın ən aparıcı ali məktəblərindən olan Kanada Vaterloo Universitetinin Devid R.Çeriton adına Kompüter Elmləri Məktəbinin direktoru, professor Raouf Boutaba Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ilə əlaqədar olaraq ali təhsil ocağında akademik səfərdədir.

AzEdu.az xəbər verir ki, bir həftə davam edəcək səfər çərçivəsində professor Raouf Boutaba müxtəlif mövzularda elmi seminarlar keçirəcək, ali təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə görüşəcək. Səfərin əsas məqsədi müasir informasiya texnologiyaları sahəsində qabaqcıl elmi yanaşmaların paylaşılması, elmi-tədqiqat əməkdaşlıqlarının müzakirəsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasının təşviqidir.

Akademik səfər çərçivəsində ilk elmi seminar AzMİU Mexanika və İnformasiya Texnologiyaları fakültəsində baş tutub. Tədbirdə müasir şəbəkə texnologiyaları, bulud hesablama sistemləri, şəbəkə virtualizasiyası, proqram təminatlı şəbəkələr, eləcə də gələcək internet arxitekturaları ilə bağlı aktual elmi mövzular müzakirə olunub. Seminar zamanı bu sahələrdə mövcud çağırışlar, innovativ həllər və perspektiv tədqiqat istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən AzMİU-nun elmi işlər üzrə prorektoru, AzMİU Ali riyaziyyat kafedrasının professoru Nigar Aslanova qonağı salamlayaraq belə nüfuzlu alimin AzMİU-da elmi seminar keçməsini yüksək qiymətləndirib. Universitetimizdə elm və innovasiyaların inkişafına xüsusi önəm verildiyini vurğulayan professor Nigar Aslanova bu cür beynəlxalq səviyyəli akademik səfərlərin elmi mühitin zənginləşməsinə, tələbə və gənc tədqiqatçıların bilik-bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Fakültənin professor-müəllim heyəti və tələbələr Raouf Boutabanın təqdimatını böyük maraqla qarşılayıb, mövzu ətrafında suallar ünvanlayaraq geniş müzakirə aparıblar. Akademik səfərin növbəti günlərində də müxtəlif ixtisaslar üzrə seminar və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Raouf Boutaba şəbəkə və xidmətlərin idarə olunması sahəsində dünyanın aparıcı mütəxəssislərindən hesab olunur. Onun elmi maraqları naqilli, naqilsiz şəbəkə sistemlərində resursların, şəbəkələrin və xidmətlərin idarə olunmasını əhatə edir. Alimin əsas tədqiqat istiqamətlərinə şəbəkə virtualizasiyası, şəbəkə proqramlaşdırılması (network softwarization), bulud hesablama və şəbəkə təhlükəsizliyi daxildir.

O, 2012-ci ildə “IEEE Fellow” adına layiq görülüb, 2015-ci ildə Kanada Mühəndislik Akademiyasının üzvü seçilib. 2019-cu ildə isə Kanadanın ən yüksək akademik mükafatlarından hesab olunan Kanada Kral Cəmiyyətinə (Royal Society of Canada) üzv qəbul edilib. Hazırda çalışdığı Vaterloo Universiteti dünyanın texnologiya nəhənglərinin diqqət mərkəzindədir. Belə ki, məzunlarının işə qəbul faizi 94 % olan Vaterloo Universitetinin “Google”, “Microsoft” kimi böyük şirkətlərin əməkdaşları arasında da məzunları üstünlük təşkil edir.

Alim şəbəkə idarəetməsi sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan olan Dan Stokesberry Award (2009) və IEEE Canada McNaughton Gold Medal (2014) mükafatlarının laureatıdır. Dünyanın aparıcı beynəlxalq elmi konfranslarında Cənubi Koreya, Braziliya kimi ölkələrin universitetlərində dəfələrlə əsas məruzəçi qismində çıxış edib. Onun elmi fəaliyyətinin təsir göstəricisi (h-index) 64-dür.

Qeyd edək ki, AzMİU-nun 50 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim professor Holm Altenbach, Avstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, fizika və geodeziya fakültəsinin dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi Behrndt da universitetimizdə akademik səfərdə olub, bir həftə ərzində müxtəlif elmi seminarlar keçiblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetində bu kimi beynəlxalq səviyyəli elmi seminarların keçirilməsi ali təhsil ocağının elmi nüfuzunun artırılmasına, qlobal akademik mühitə inteqrasiyasına mühüm töhfə verir, tələbə və müəllimlərin dünya səviyyəli alimlərlə birbaşa ünsiyyət qurmasına, müasir elmi trendlər, qabaqcıl tədqiqat istiqamətləri ilə yaxından tanış olmasına imkan yaradır.

Oxşar xəbərlər

Bütün xəbərlər