Xəbər lentiwidget-title-icon

Təhsilin "Böyük Səhnəsi"ndə 7 İl: Emil Tağızadə ilə Eksklüziv Müsahibə
Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq

“Prestijli diplom + sıfır yerli təcrübə = idarəetmə böhranı”

Xaricdə təhsil alan gənclərin ölkəyə qayıtdıqdan sonra çox qısa zamanda yüksək vəzifələrə təyin olunması son illər təhsildə müşahidə olunan ən problemli tendensiyalardan biridir. Bu yanaşma bir müddətdir ki, cəmiyyətdə də, müəllim camiəsində də narazılıq yaradır. Çünki “xaricdə oxuyubsa, deməli dərhal rəhbər ola bilər” düşüncəsi nə peşəkarlığa, nə idarəetmə mədəniyyətinə, nə də təhsilin real ehtiyaclarına uyğun gəlir.

Vəzifəyə gəlirlər və bəh-bəhlə bir xarici diplom adı çəkirlər. Sanki bununla iş bitir.

Xarici universitetlər, əlbəttə ki, geniş dünyagörüşü, dil bacarıqları, yeni metodlar və fərqli perspektivlər qazandırır. Bu, böyük üstünlükdür. Amma bu üstünlük avtomatik olaraq bir insanı yüksək vəzifəyə hazır etmir. Çünki Azərbaycan təhsil sisteminin özünəməxsus reallığı, prosedurları, gündəlik iş mexanizmləri, müəllim-şagird-valideyn münasibətlərindən ibarət xüsusi mədəniyyəti var. Bu mühiti heç bir xarici universitet öyrətmir — bunu yalnız burada, real məktəb və idarəetmə şəraitində işləyərək əldə etmək olur.

İdarəçiliyin ən fundamental qaydası budur: Hər bir rəhbər əvvəlcə işçi olmalıdır. Dünya təcrübəsi də bunu təsdiqləyir. Ən qabaqcıl təhsil sistemlərində belə yeni gələn kadr əvvəl müəyyən müddət adi mütəxəssis kimi işləyir, prosesi öyrənir, sistemə uyğunlaşır, təcrübə toplayır. Google-dan tutmuş Finlandiya təhsilinə qədər hər yerdə prinsip eynidir: mühiti tanımayan adam idarə edə bilməz.

Bizdə isə bəzən xaricdən gələn diplomun arxasınca yanlış gözlənti formalaşır: sanki həmin şəxs heç bir mərhələdən keçmədən dərhal innovasiya gətirəcək, sistemi dəyişəcək. Halbuki praktika göstərir ki, real iş şəraiti, Azərbaycan təhsilinin sosial-mədəni xüsusiyyətləri, məktəb idarəetməsinin gündəlik ritmi nəzərə alınmadan verilən bu sürətli təyinatlar çox vaxt nəticə vermir. Nəticədə həm idarəetmədə boşluqlar yaranır, həm komanda içində narazılıq artır, həm də real təcrübə ilə nəzəri bilik arasında uçurum genişlənir.

Əslində düzgün yol çox sadədir: xaricdə oxuyub gələn gənclər əvvəlcə təcrübə toplamalı, müəllimlərlə, məktəb mühiti ilə, valideynlərlə, idarəetmə prosesləri ilə tanış olmalı, yerli sistemin ritmini hiss etməlidirlər. Biliklərini real şəraitdə sınayıb təkmilləşdirdikdən sonra vəzifəyə yüksəlmək həm onlar üçün, həm də təhsil sistemi üçün daha sağlam, dayanıqlı və effektiv nəticə verər.

Təhsilin keyfiyyəti isə yalnız diplomla deyil — təcrübə, düzgün yanaşma və yerli mühitə uyğunlaşmaq bacarığı ilə ölçülür.

Oxşar xəbərlər

Bütün xəbərlər