Xırdalan 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI q sinif şagirdi -Əliyev Məhəmməd Fəqan oğlu Koreyada keçirilən Cüdo Döyüşü üzrə Açıq Dünya Çempionatında qalib gəlib, 1 ci yerə layiq görülərək çempion adını qazanıb və Qızıl medalın sahibi olub. Çempionumuz möhtəşəm qələbəsinin sevincini direktor- Arifə Balakişiyeva və sinif rəhbəri- Səadət Bağbanlı ilə bölüşərək şəkil çəkdirib. Direktor Məhəmmədi məktəb heyəti adından təbrik edib, səsinin hər zaman Beynəlxalq arenalardan gəlməsini arzulayıb.