Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Qəbələ təhsili Arifə Bayramovanın əlindən xilas olmaq istəyir – ARAŞDIRMA

Qəbələ təhsili Arifə Bayramovanın əlindən xilas olmaq istəyir – ARAŞDIRMA

Prezident İlham Əliyevin sərəncamına əsasən regional təhsil sistemi yaransa da, regionlarda fəaliyyət göstərən sektor müdirləri yenə də köhnə qayda ilə işləyirlər. Yəni, məktəb direktorları və bağça müdirləri vəzifədə qalıb işləmələri üçün aylıq haqq-hesab ödəməlidir.

Bunlardan biri də uzun illər Qəbələ təhsilində metodist vəzifəsində işləmiş, lakin sonradan şahlıq quşu başına qonan, Qəbələ təhsilini öz qanunları ilə idarə edən, Qəbələ təhsil sektorunun müdiri Arifə Bayramovadır.
tehsilmedia.info xəbər verir ki, Qəbələ rayonunda daxil olan məlumatda bildirilir ki, rayon təhsil sistemində çox ciddi problemlər və nöqsanlar mövcuddur.
Məlumat üçün bildirək ki, Qəbələ rayonu təhsil sistemi yeni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir.
Verilən məlumata görə, Arifə Bayramova Qəbələ təhsilini diz üstə çökdürüb. Məktəblərdən və uşaq bağçalarından yığılan aylıqlar birbaşa Arifə Bayramovanın şəxsi büdcəsinə gedir. Demək olar ki, Qəbələ rayonunda məktəb direktorları və bağça müdirləri artıq Arifə Bayramovanın əlindən təngə gəlib.
Bir sözlə, Qəbələ təhsili insana qarışıq bir bazarı xatırladır.
Bəhruz Mehdiyevin rəhbərliyi altında fəaliyyətə başlayan Şəki-Zaqatala Regional Təhsil İdarəsi hələ ki, özünü tam doğrultmamaqla yanaşı, həm də bir çox problemlərə seyrçi kimi yanaşamaqdadır. Qəbələdən verilən məlumatda qeyd edilir ki, vaxtı ilə rayonun Təhsil Şöbəsinin müdiri işləyən Arifə Bayramova yenə də köhnə “işlərini” davam etdirməkdədir. O, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon üzrə Təhsil sektorunun müdiri vəzifəsini icra edir.
Bildirək ki, Qəbələ rayonunda 23 məktəbəqədər uşaq müəssisəsi, 2 məktəbdənkənar tərbiyə müəssisəsi, 53 tam orta məktəb,11 ümumi orta məktəb, 4 ibtidai məktəb fəaliyyət göstərir.

Məlumatda qeyd edilir ki, hazırda Qəbələ təhsil sistemindəki vəziyyət Arifə Bayramovanın vaxtı ilə şöbə müdiri olduğunda heç də fərqlənmir. Yəni, yenə də az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq paralel siniflər yaradılaraq büdcədən əlavə vəsaitlər mənimsənilir. Belə ki, Qəbələ məktəblərində işləyən bir çox müəllimlərin dərs saatları onların razılığı ilə artırılaraq hər ay büdcədən külli miqdarda vəsait çıxarılır. Artırılmış dərs saatlarından əldə edilən “gəlirin” bir hissəsi məktəb direktorlarına və sektor müdiri Arifə Bayramovaya çatır.
Qəbələ təhsilində Arifə Bayramovanın digər gəlir yerinin məktəblərdə fəaliyyət göstərən dərnəklər olduğu iddia edilir. Məlumata görə, adı olub, özü olmayan bu dərnəklərdə “keçirilən” dərs saatları üçün dövlət tərəfindən ödənilən vəsaitlərin yarısı sektor müdirinə çatır.
Qəbələ sakinləri isə kəndlərdəki orta və ümumi məktəblərdəki durumun həddindən artıq acınacaqlı olduğunu bildirirlər. Belə ki, bu məktəblərin əksəriyyətinin 10 və 11-ci siniflərində çoxlu sayda adı olub özü olmayan şagirdlərin olduğu deyilir. Hər bir məktəbin 10-cu və 11-ci siniflərində nə qədər “lipa” şagirdin olduğunu isə ən yaxşı və dəqiq bilən Arifə Bayramovadır.
İddiaya görə “lipa” şagirdlərin yerləşdirilməsinə nəzarəti və onlar üçün alınan illik haqqın yarı hissəsi də keçmişdə olduğu kimi, yenə də xanım Bayramovaya çatır.
Yəni deyə bilərik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin yaradılmasına baxmayaraq, yenə də Qəbələ təhsil sistemi Arifə Bayramovanın əlində cəmləşib və onun şöbə müdiri olduğu dövrdəki kimi işləyir.

tehsilmedia.info-ın əldə etdiyi məlumata görə, Arifə Bayramova artıq Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə dil tapmağa başlayıb. Və onlar da Qəbələdə olan çarəsiz təhsil sisteminə göz yumurlar.

İnanırıq ki, bizim bu yazımızdan sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Təhsil Nazirliyi Qəbələ təhsil sektor müdiri Arifə Bayramova haqqında ciddi tədbirlər görüb uçuruma gedən təhsili vəziyyətdən çıxaracaqlar.

Sözügedən məsələ ilə bağlı Qəbələ təhsil sektorunun müdiri Arifə Bayramova ilə əlaqə yaratmağa çalışsaq da, zənglərə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər

Bütün xəbərlər