Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

BSU-nun rektoru Trakya Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib

Dekabrın 3-də Türkiyə Respublikasının Ədirnə şəhərində yerləşən Trakya Universitetində prorektorların, dekanların, İqtisadi və idarəetmə elmlər fakültəsinin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib.

TƏHSİL.BİZ-ə xəbər verir ki,tədbir Trakya Universitetinin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Ardınca BSU-nun rektoru Anar Nağıyevin avtobioqrafiyası barədə məlumat verilib.

Trakya Universitetinin prorektoru Eylem Bayır tədbirin açılışında çıxış edərək mövzunun aktuallığını vurğulayıb və BSU-nun rektoru Anar Nağıyevi çıxış etməyə dəvət edib.

Rektor Anar Nağıyev çıxışında dəyişən geosiyasi reallıqlar fonunda siyasi coğrafiyanın dövlətlərin inkişafında və beynəlxalq mövqelərinin formalaşmasında oynadığı rolu xüsusi vurğulayıb. O, coğrafi mövqe və qonşuluq amillərinin ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına birbaşa təsir etdiyini qeyd edərək, bu kontekstdə Azərbaycanın Türk Dünyası, Avropa, Asiya və Yaxın Şərq regionlarında artan rolundan bəhs edib.Tarixin dövlətçilik üçün əhəmiyyətinə toxunan rektor Gülüstan və Türkmənçay müqavilələri ilə parçalanmış Azərbaycanın əsrlər boyu işğal və itkilərlə üzləşdiyini xatırladıb, müstəqilliyə gedən tarixi yolun çətinliklərini diqqətə çatdırıb. O bildirib ki, müasir Azərbaycanın dövlətçilik təməlləri Ulu Öndər Heydər Əliyevin yaratdığı milli ideologiya üzərində formalaşıb və Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu haqq savaşında qardaş Türkiyənin göstərdiyi dəstək xüsusi vurğulanıb.

Türkiyənin geosiyasi mövqeyinə də toxunan rektor bu ölkənin Qərb, Avropa, Yaxın Şərq və Türk Dünyası ilə əlaqələrinin strateji əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyevin 14 fevral 2024-cü il andiçmə mərasimindəki çıxışına istinad edərək Türk Dövlətləri arasında birliyin və inteqrasiyanın güclənməsinin Azərbaycan üçün önəmini diqqətə çatdırıb.

Çıxışda həmçinin Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, sülh və əməkdaşlıq imkanları, Orta Dəhlizin strateji əhəmiyyəti və Zəngəzur dəhlizinin regionda inteqrasiyanı gücləndirən əsas faktor olduğu vurğulanıb. Rektor əlavə edib ki, 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini və ümumilikdə Türk birliyini daha da möhkəmləndirən tarixi sənəddir.Çıxışının sonunda rektor Azərbaycanın uğurlu enerji siyasəti, regional və qlobal əməkdaşlıq platformalarındakı fəal rolu, Qoşulmama Hərəkatına töhfələri və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünya siyasətində mühüm aktora çevrildiyini bildirib.

Tədbirin yekununda Trakya Universitetinin adından BSU-nun rektoru Anar Nağıyevə təşəkkür bildirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər