Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Direktorlar həqiqətən tam iş günü məktəbdə qalırmı?

Son günlərin əsas müzakidə mövzusu müəllimlər üçün yeni təhsil modelinin tətbiq olunmasıdır. Yeniliyə əsasən, müəllimlərin iş saatı 09:00-dan 18:00-a qədər müəyyənləşdiriləcək. Bu xəbər müəllimlər tərəfindən ciddi etirazla qarşılanıb. Bununla belə, sosial mediada belə fikirlər də səsləndirilir: “Əgər direktor səhər saat 08:00-dan axşam 18:00-a qədər məktəbdə olursa, müəllim də olmalıdır".

Bu isə sual doğurur: Məktəb direktorları həqiqətən də 08:00-dan 18:00-dək məktəbdə olurmu? Ümumiyyətlə, direktorların iş qrafiki necədir və necə olmalıdır?

AzEdu.az-a mövzu ilə bağlı Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov danışıb.

O qeyd edib ki, kifayət qədər yüksək əməkhaqqı alan müəllimin daha tez məktəbdən çıxması direktor üçün xoş deyil:

“Biz artıq bu prosesi 3 ildir tənzimləmişik və direktor və müavinlər olaraq saat 16:00-a qədər, bəzən isə 17:00-a qədər məktəbdə oluruq. Qeyd olunan müddətdə məktəbdə qalırıq və bu vaxt ərzində dərnəklər, məşğələlər də saat 16:00-a qədər davam edir. Artıq bir neçə müəllimimiz də bu prosesə uyğunlaşıb. Onlar səhər erkən dərs keçir, nahar fasiləsini evdə edib yenidən məktəbə qayıdırlar. Biz də eyni qaydada çalışırıq.

Məsələyə gəlincə, “Direktorlar məktəbdə olurmu?”əksər məktəblərdə direktorlar tam gün məktəbdə olmur. Hazırda, əgər dərslərdən sonra məşğələ yoxdursa, direktorlar maksimum saat 14:00-a qədər fəaliyyətini tənzimləyib məktəbi tərk edirlər. Ümumiyyətlə, direktorların iş qrafiki necə olmalıdır? Mən düşünürəm ki, məktəb direktorları saat 17:00–18:00-a qədər məktəbdə olsalar, bu daha faydalı olar. Çünki digər işləri, məsələləri, iclasları məhz həmin vaxt çərçivəsində təşkil etmək mümkündür.

Lakin burada ən vacib məsələ maliyyədir. Düşünürəm ki, müəllimin və direktorun iqtisadi vəziyyətini yaxşılaşdıracaq qədər əməkhaqqı artımı olsa, hər iki tərəf üçün daha rahat olar".

Müəllimlərin etirazını normal qarşılayan direktor əlavə edib:

“Çünki onlar dərslərini keçib məktəbi tərk edirlər. Kifayət qədər yüksək əməkhaqqı alan müəllimin daha tez məktəbdən çıxması isə direktor üçün xoş deyil. Çünki nəticələri dəyişmək üçün müəllimləri məktəbdə saxlamaq, zəif və maraqlı şagirdlərlə əlavə məşğələlərə cəlb etmək lazımdır və biz bunu etməliyik.

Qeyd etdiyim kimi, müəllimlərin dərs yükü ilə bağlı vəziyyət də nəzərə alınmalıdır. Konkret olaraq cavab belədir: direktorların iş prinsipi təbii ki, tam iş günü əsasında təşkil olunmalıdır. Mən düşünürəm ki, məsələn, rayon yerlərində müəllim üçün vəzifə maaşı 1500-2000 manat olsa, müəllim və direktorlar fəaliyyətini normal şəkildə tənzimləyə bilər.

Ancaq direktor həmkarlarımın bir çoxu mövcud qərardan narazı ola bilər. Çünki işini indiyədək başqa cür quran insanlar var. Amma istənilən halda bu proses tənzimlənməlidir. Əlavə maliyyə imkanları olduqdan sonra hər kəs işini davam etdirməyə maraqlı olacaq. Hazırda sənədləşmənin və hesabatlığın ağırlaşdığı bir dövrdə gənc, həvəsli direktorlara ehtiyac var. Lakin prosesi bacarmayan, təsadüf nəticəsində bu vəzifəyə gələn direktorlar işlərindən imtina edərək müəllim kimi fəaliyyət göstərə və ya ümumiyyətlə işini dəyişə bilər. Təhsildə şəffaflıqdan söhbət gedirsə, biz bu yenilikdə iştirak etməliyik".

Oxşar xəbərlər

Bütün xəbərlər