Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Müəllimlərin maaşı yüksək olarsa, yeni sistem özünü doğruldacaq

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, məktəblərdə daimi və rəqabətli müəllim modelinə keçid nəzərdə tutulur.

Nazir həmçinin bildirib ki, yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda “stavka” məsələsi köhnəlib:

“Konkret bir iş saatı olmalıdır və həmin iş saatına uyğun əmək fəaliyyəti həyata keçirilməlidir. Necə ki, digər sahələrdə işə başlama və bitmə saatı mövcuddur, eyni qayda ilə təhsil müəssisələrində də olmalıdır. Yəni müəllim sadəcə dərsini deyib, çıxıb getməməlidir. Təbii ki, bununla yanaşı, əməkhaqqı da artırılmalıdır.

Bu proses beynəlxalq təcrübədə də belədir. Məsələn, Türkiyədə müəyyən iş rejimləri var: müəllimin 20 saat dərsi varsa, əməkhaqqısı da ona uyğun ödənilir. Bizdə də bu tətbiq edilə bilər. Təbii ki, təhsilin inkişafı istiqamətində atılan müsbət addımdır.

Bu tətbiqin mühüm üstünlüyü var. Tutaq ki, iki Azərbaycan dili müəllimindən birinin səhhətində problem yaranıb və dərs keçə bilmir. Bu halda həmin müəllimin boş dərsinə niyə başqa fənn müəllimi girməlidir? Bəlkə həmin müəllimin öz dərsi olub və çıxıb gedib. Bu halda dərs boş mu qalmalıdır? Bir var tarix dərsini idman müəllimi keçsin, yaxud laborant dərsə daxil olsun; bir də var həmin fənnin müəllimi gəlib dərsi keçsin. Bu, daha doğru olmazmı? Ona görə də düşünürəm ki, bu metod daha səmərəlidir.

İnkişaf etmiş ölkələrin təhsil sisteminə baxsaq görərik ki, müəllimin konkret olaraq dərs saatına gəlib-getməsi praktikası yoxdur. Müəllimin müəyyən edilmiş iş günü var. Məsələn, müəllimin 1-ci, 2-ci və 3-cü saatı boş olsa belə, iş saatı başladığı andan məktəbdə olmalıdır. Sistem belə işləyir. Bizdə də bu modelin tətbiqi vacib idi. Yəqin ki, proses bu formaya keçir. Şəxsən mən bu modeli dəstəkləyirəm. Əlbəttə, bu, müəyyən narazılıqlara səbəb olacaq.

Bu narazılıqları aradan qaldırmaq üçün müəllimlərin əməkhaqları nəzərə alınmalıdır. Əməkhaqqı kifayət qədər yüksək olarsa, hesab edirəm ki, bu model yaxşı nəticə verəcək. Müəllimlərin əməkhaqqısının yaxşı olması təhsil sisteminin ümumi səviyyəsinin də yüksəlməsinə səbəb olacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər