Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Metodist Sənayesi: Təhsilin adına vurulan növbəti zərbə

Son illər təhsil sistemində “metodist” adı ilə yaradılan süni strukturlar sanki inkubator cücələri kimi ard-arda ortaya çıxır. Bu vəzifəyə təyinat alanların çoxu nə pedaqoji təcrübəyə, nə elmi hazırlığa, nə də real məktəb mühiti ilə tanışlığa malikdir. Sadəcə ad üçün, sənəd üçün və ən əsası ayrılmış maliyyə vəsaitlərini əsaslandırmaq üçün bu şəxslər “metodist” adını daşıyırlar.

Metodistlər, yoxsa maliyyə layihələrinin “maskaları”?

TəhsilMedia.az bildirir ki, əslində bu proses təhsilin inkişafı üçün yox, büdcə vəsaitlərinin yönləndirilməsi üçün qurulmuş mexanizmə çevrilib. 7 milyon manata yaxın maliyyə ayrıldığı bildirilir, lakin bu vəsaitin məktəblərdə, müəllimlərdə, dərs keyfiyyətində heç bir əks-sədası hiss olunmur.
Sadəcə, sənədlərdə “metodiki işlər görülüb”, “təlimlər keçirilib”, “inkişaf proqramı icra olunub” kimi formal hesabatlar hazırlanır. Amma nəticə? Nə müəllim öyrənir, nə şagird qazanır.

Savadsızlıq sistemləşir

Bir vaxtlar “metodist” deyəndə təcrübəli, araşdırma aparan, müəllimlərə metodik dəstək göstərən bir şəxs nəzərdə tutulurdu. İndi isə bu ad savad, təcrübə və bacarıqdan uzaq şəxslərə paylanır. Qısamüddətli təlimə qatılıb bir neçə gün sonra “metodist” adını daşıyan insanların sayı günü-gündən artır.
Ən acınacaqlısı isə odur ki, pedaqogika, metodika, psixologiya kimi təməl anlayışlar unudulub – amma “status” və “sertifikat” bolluğu var.

Müəllimlər sistemin alətinə çevrilib

Tehsilmedia.az qeyd edir ki, əsl məqsəd müəllimləri inkişaf etdirmək yox, onları formal layihələrin statistikasına çevirməkdir. Müəllimlər təlimlərə cəlb olunur, amma bu təlimlərin nə məzmunu, nə də məqsədi real ehtiyacla uyğun gəlmir. Çox vaxt müəllimlər bu proseslərdə sadəcə “iştirak etmiş” kimi qeyd olunur. Əsas məqsəd – hesabatda rəqəm göstərmək, ayrılan pulların “xərcləndiyini” sübut etmək.

ARTİ və MDPİM bu oyuna nə vaxta qədər göz yumacaq?

Azərbaycan təhsilində real inkişafı təmin etməli olan qurumlar – ARTİ və MDPİM – bu biabırçılığı görmürmü? Təbii ki, görürlər, amma susurlar. Təhsilə ayrılan milyonlarca vəsait bu cür formal layihələrə sərf olunursa, onda sual yaranır: kim cavabdehdir?
Təhsilin məqsədi rüşvət mexanizmini bəsləmək deyil, gələcək nəsilləri formalaşdırmaq olmalıdır.
Nəzakət Mehdiyeva, Aynur Rüstəmova Elnur Əliyev, dolayı yolla Rüfət Əzizov və digərləri bu oyuna nə qədər davam edəcəklər?!

Emin Əmrullayev nə qədər susacaq?!

Sözün düzü

Bu gün ölkədə müəllimlərə real dəstək, məktəblərə praktik yardım, şagirdlərə keyfiyyətli təhsil lazım olduğu halda, “metodist sənayesi” adı altında saxta sistem qurulub.
Təhsil kağız üzərində yox, dərs otağında, sinifdə, müəllimlə şagirddə baş verir. Amma görünən odur ki, bizdə əsas məqsəd nəticə yox, vəsaitin “mənimsənilməsi”dir.

Nəticə

Əgər bu gedişə son qoyulmasa, təhsil sistemi öz içindən çürüyəcək. Müəllim hörməti, metodikanın dəyəri, elmi yanaşmanın nüfuzu itəcək. Təhsili inkişaf etdirmək üçün əvvəlcə yeyinti mexanizmini yox, insan kapitalını gücləndirmək lazımdır.

Oxşar xəbərlər

Bütün xəbərlər