Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

Dərsliklərin Dilini Görməyən Nazir – Həqiqət Hardadır?

Emin Əmrullayev bu günlərdə çıxışında bildirdi ki, “dərsliklərin dili şagirdlərin yaşına uyğun deyil.” Cənab nazir, bəs indiyə qədər hara baxırdınız? Birinci sinif şagirdi əlifbanı öyrənməyə başlayanda qarşısına elə mətnlər qoyulur ki, uşaq “A” hərfini tanımadan əlifbanın bütün hərflərini oxumağa məcbur qalır. Bu vəziyyət illərdir mövcuddur. İndi xəbəriniz olurmuş kimi danışmaqla məsuliyyətdən qaça bilərsinizmi?

Dərsliklərə Ayrılan Büdcə Hara Yox Olur?

Dərsliklərin hazırlanması üçün hər il milyonlarla vəsait ayrılır. O pullar kimlərin cibinə gedir? Kimlər “anket dolduran” tanış-bilişini yığıb dərslik yazdırır? Nəticə isə ortadadır: ibtidai sinifdən başlayaraq şagirdlərin öyrənmə həvəsini sındıran, pedaqoji prinsiplərə uyğun olmayan, nə elmi, nə də metodiki baxımdan savadlı dərsliklər. Əgər nəticə bu olacaqsa, o zaman büdcə niyə xərclənir?

Oxu Yox, Anlama – Əslində Nə Baş Verir?

Əslində “oxu və anlama” problemi heç vaxt xalqımızın təhsilində olmayıb. Biz oxuduğumuzu başa düşən bir nəsil olmuşuq. Ancaq sizin sisteminiz oxunu da, anlamanı da pozdu. İndi şagirdlər sürətli oxumağa məcbur edilir, amma mədəniyyət formalaşdırılmır. Müəllimlər valideynlərə açıq deyirlər: “Uşağınız sürətli oxusun, qiymət alar, narahat olmayın.” Bu, təhsildirmi?

Məsuliyyəti Başqasının Üstünə Atmaq – Zəiflikdir

Emin Əmrullayev hər fürsətdə keçmiş nazirləri, xüsusən də Misir Mərdanovu hədəfə alır. Amma unudur ki, Misir Mərdanovdan sonra da təhsil nazirləri olub. Niyə onlardan danışmır? Çünki ən rahat hədəf odur. Halbuki Mərdanov dövründə “oxu və anlama” sistemi sabit idi. İndi isə siz əvvəl resept yazırsınız, sonra xəstənin halını izləyib “niyə xəstələndi?” deyə təəccüblənirsiniz. Sizin təhsil sisteminizin mahiyyəti də elə budur.

Əsl Nazir Nə Etməlidir?

Nazirin vəzifəsi problemi görüb sadəcə şikayətlənmək deyil, problemi həll etməkdir. Əgər dərsliklərin dili uşaqlara uyğun deyilsə, dərhal mütəxəssisləri işə cəlb edin, pedaqoqların səsini eşidin, xarici modelləri təhlil edib tətbiq edin. Nazir kreslosu tənqid meydanı deyil, məsuliyyət kürsüsüdür.

Tehsilmedia.az qeyd edir ki, bu gün dərsliklərin bərbadlığı, oxu-anlama məsələsindəki qarışıqlıq və sürətli oxu kimi boş metodlar birbaşa Emin Əmrullayevin rəhbərlik etdiyi sistemin nəticəsidir. Məsuliyyəti keçmişin üstünə atmaqla təhsilimizi xilas etmək mümkün deyil. Təhsil real addım, real islahat və ən əsası vicdan tələb edir.

Oxşar xəbərlər

Bütün xəbərlər