Xəbər lentiwidget-title-icon

Hicablı şagirdləri kim və niyə məktəbə qoymur?
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?
Bu universitetlərdən pedoqoji ixtisasların çıxarılması təklifi etirazla qarşılandı: "Haqsızlıqdır"
Bu universitetlərdən pedoqoji ixtisasların çıxarılması təklifi etirazla qarşılandı: "Haqsızlıqdır"
“Qazaxıstan müəllimi nüfuzdan salmaqla yox, onun sosial statusunu yüksəltməklə təhsil islahatı apardı...”-EKSPERT
TIMSS 2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi BAŞLADI
Şəki və Gəncə kolleclərinə yeni rəhbər TƏYİNATLARI
Daha bir şəxsə elmi dərəcə verildi - TANIYAQ
100-dən çox mütəxəssis təhsildə qiymətləndirmə təlimlərində iştirak edir
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”dərn
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub - FOTO
Yazı işlərinin yoxlanılması sistemi - DİM praktik məşğələlər keçirir
DİM dərslikləri YOXLAYIR - 600-dən çox vəsait monitorinqdən keçib
​"SENSASİYA! Sumqayıt Təhsilində Dərnək Fırıldağı: Direktor Reyhan Yunisova Haqqında Şok İddialar"
Bazar günü 52 mindən çox şagird imtahan verəcək
DSX-nın Xüsusi Məktəbinə qəbulun nəticələri bu tarixdə elan ediləcək
Bakıda tələbələr üçün əmək yarmarkası keçirilib
Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
Məhkəmə Eşqi Bağırova 1 ay vaxt verdi
Bağça müəllimlərinin yerdəyişməsi başlayır
Diplomun rəngi tarix olur - “Tələbələrin motivasiyası sarsıla bilər”
Birinci sinfə qəbulun vaxtı UZADILDI

“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub

“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub

"Naxçıvanın əlyazmalar xəzinəsi” adlı yeni kitab çapdan çıxıb.

Bu barədə "tehsilmedia.info”a AMEA-dan bildirilib.

Bölmənin Əlyazmalar Fondunun əməkdaşları tərəfindən hazırlanan kitab AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə edilib.

Layihənin müəllifi filologiya elmləri doktoru Fərman Xəlilov, nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçisi isə professor Hacıfəxrəddin Səfərlidir. Fərman Xəlilov, Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kübra Vəliyevanın birgə tərtib etdiyi kitab "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.

Üç bölmədən ibarət kitab fondun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun "Əlyazmalar Fondunun yaranması və inkişaf yolu” başlıqlı ön söz xarakterli yazısı ilə başlayır. Burada Əlyazmalar Fondunun 17 illik fəaliyyətinə nəzər salınır, görülən işlər, aparılan tədqiqatlar əhatəli şərh olunur.

Kitabın ilk bölməsi "Naxçıvan əlyazma və çap materiallarında” adlanır. Burada Məhəmmədtağı Sidqinin Axund Hacı Molla Məhəmməd Naxçıvaniyə yazdığı "Dilimiz və məktəbimiz” adlı məktubunun mətni, ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri, Seyid Səbrinin 1926-cı ildə "Şərq qapısı” qəzetində dərc olunmuş "Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsi, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolu və həmin protokollardan seçilmiş müxtəlif adlar təqdim olunur. "Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin, "Şərq qapısı” qəzetinin 100-cü yubiley nömrəsinin baş məqalələri, fondda mühafizə olunan qədim əlyazma, çap kitabları və müxtəlif sənədlərdə Naxçıvanla bağlı materiallar, həmçinin əlyazma və çap kitablarının naxçıvanlı müəllifləri, katibləri, sifarişçiləri, çap etdirənləri haqqında məlumatlar da ilk bölməyə daxil edilib.

"Fondun çap məhsulları” adlı ikinci bölmədə fond əməkdaşlarının nəşr olunmuş monoqrafiya və kitabları, eləcə də elmi məqalə və konfrans materiallarının dərc olunduğu mənbələr barədə məlumat verilir.

Kitabın sonuncu bölməsi Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və çap kitablarına dair araşdırmalardan bəhs edir.

Əsərin sonuna Məhəmməd Füzulinin Ə.H.Ordubadinin sifarişi ilə üzü köçürülmüş "Leyli və Məcnun” poemasına çəkilən miniatürlər və bəzi arxeoqrafik sənədlərin nüsxələri əlavə edilib.

Kitab mütəxəssislər və bu sahəyə maraq göstərənlər üçün faydalı mənbədir.

Oxşar xəbərlər

Bütün xəbərlər