Hicablı şagirdləri kim və niyə məktəbə qoymur?
Son günlər sosial şəbəkələrdə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı narazılıqlar yenidən gündəmi zəbt edib. Valideynlərin şikayətləri, məktəb rəhbərlərinin sərt mövqeyi və cəmiyyətdə yaranan gərginlik ciddi suallar doğurur. Lakin burada əsas hədəf kimi məktəb direktorlarının seçilməsi məsələnin kökünə deyil, görünən tərəfinə fokuslanmaqdır.
Tehsilmedia.info bildirir ki, məktəb rəhbərlərini təhdid və ya təhqir etmək çıxış yolu deyil. Unutmaq olmaz ki, hər bir direktor tabe olduğu – Elm və Təhsil Nazirliyinin (ETN) daxili nizam-intizam qaydalarını və tapşırıqlarını icra edir. Onlar sadəcə bu sistemin bir həlqəsidir. Bu addımı atmağa vadar edilən təhsil işçilərini hədəf seçmək, əsl problemin mahiyyətindən uzaqlaşmaqdır.
Azərbaycan dünyada tolerant və multikultural dövlət kimi tanınır. Biz başqa ölkələrin mədəniyyətlərinə, dini dəyərlərinə hörmətlə yanaşmağımızla fəxr edirik. Bəs belə bir mühitdə öz vətəndaşımızın mənəvi dəyərləri niyə "yad" hesab edilir?
ETN bu addımı atarkən tolerantlıq prinsiplərini niyə nəzərə almır? Təhsil sahəsində tətbiq olunan bu cür sərt məhdudiyyətlər zorakılığın bir növü deyilmi?
İnkluzivlikdən dəm vuran ETN hicablı şagirdlərə niyə xüsusi qayğı göstərmir?
Düzdür, Nazirlər Kabinetinin də qəbul etdiyi vahid məktəbli forması mövcuddur. Amma burda dəyərlər nəzərə alınaraq qərarlar verilməli və güzəşt olunmalıdır.
Təhsil hüququ inanc azadlığından üstündür, yoxsa bu ikisi bir-birini tamamlamalıdır? Şagirdi geyiminə görə təhsildən uzaqlaşdırmaq onun gələcəyini əlindən almaqdır.
Milli və dini dəyərlərə sahib çıxmaq üçün mütləq kənardan kiminsə bizə "tolerant olun" deməsini gözləməliyik?
Hicab və təhsil məsələsini bir-birinə qarşı qoymaq cəmiyyətdə qütbləşməyə xidmət edir. Elm və Təhsil Nazirliyi bu həssas mövzuya "inzibati qadağalar" prizmasından deyil, insan hüquqları və milli-mənəvi dəyərlərin sintezi kontekstindən yanaşmalıdır. Dövlətin multikultural imici daxili siyasətdə də özünü tam büruzə verməli, şagirdlər məktəb divarları arasında dini inanclarına görə kənarlaşdırılmamalıdır.