Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Müəllim-şagird-valideyn münasibətlərinin HƏLL YOLU!!!

Müəllim-şagird-valideyn münasibətlərinin HƏLL YOLU!!!

Təhsildə davamlı müəllim-şagird-valideyn münasibətlərindən danışılsa da, vəziyyət getdikcə daha da gərginləşir.
Məktəbdə şagirdlər arasında yaranan bullinq halları günü-gündən artır. Son illərdə elə bir gün yoxdur ki, mediada bir hadisə ilə qarşılaşmayaq: Ya şagirdin müəllim döyməsi, ya şagirdlərin bir-birilərini bıçaqlaması, evdən qaçma halları, hətta valideynlərinə qarşı da ciddi şəkildə problemlər yaratmaları göz önündədir. Müəllim valideynin, valideyn müəllimin, insanlar zəmanənin üzərinə atırlar. Sosial şəbəkələr də öz rolunu oynayır. Bəs yaxşı bu gedişatla bizim gələcəyimiz olan uşaqların taleyi necə olacaq?

Bu haqda işinin peşəkarı tanınmış psixoloq Nizami Orucova müraciət etdik. Nizami Orucov həm problemin səbəbləri, həm də həll yolları haqda bizləri məlumatlandırdı.

Müəllim-şagird-valideyn münasibətlərinin HƏLL YOLU!!!

Son dövrlərdə təhsildə "müəllim-şagird-valideyn" münasibətlərinin inkişaf etdirilməsi ön plana çəkilsə də, real vəziyyət narahatlıq doğurur. Məktəblərdə bullinq halları artır, müəllimə qarşı zorakılıq, şagirdlər arasında aqressiv davranışlar, evdən qaçma halları və valideynlərə qarşı üsyankar münasibətlər artmaqdadır. Cəmiyyət bu məsələnin məsuliyyətini ya müəllimin, ya valideynin, ya da zamanın üzərinə atır. Lakin məsələ daha dərindir.

Valideyn prizmasından baxdıqda görünür ki, bir çox ailə övladlarının tərbiyəsində öz məsuliyyətini məktəbə ötürür. Uşağın emosional ehtiyacları qarşılanmır, texnologiyanın təsiri nəzarətsiz qalır, mənəvi dəstək isə zəifləyir. Eyni zamanda müəllimlər də özlərini çarəsiz hiss edirlər. Nüfuzları azalıb, davranış problemlərinə qarşı müdaxilədə isə tənqidlərlə üzləşirlər. Müasir müəllim yalnız bilik verən deyil, həm də psixoloji dəstək göstərən bir fiqur olmalıdır – lakin bu rolu yerinə yetirmək üçün dəstəyə ehtiyac duyurlar.

Problemin əsas səbəbləri arasında ailə dəyərlərinin zəifləməsi, sosial medianın zorakılığı normallaşdırması, məktəbin sosial dəyişikliklərə uyğunlaşa bilməməsi və uşaqların psixoloji ehtiyaclarının qarşılanmaması durur.

Bu vəziyyətdən çıxış yolları isə kompleks şəkildə düşünülməlidir. Valideynlərə psixoloji maarifləndirmə verilməli, müəllimlərin motivasiyası və psixoloji hazırlığı gücləndirilməlidir. Məktəblərdə psixoloji xidmətlər aktivləşdirilməli, uşaqlarda empatiya və sosial bacarıqları inkişaf etdirən proqramlar tətbiq olunmalıdır. Şagirdyönümlü sistem sərhədlərlə dəstəklənməli, azadlıqla yanaşı məsuliyyət və qayda anlayışı da öyrədilməlidir.

Bu problem yalnız məktəbin və ya valideynin deyil, bütün cəmiyyətin problemidir. Əgər biz sağlam və şəxsiyyətli bir nəsil yetişdirmək istəyiriksə, bir-birimizə güvənməli, əməkdaşlıq etməli və uşaqları doğrudan da "gələcəyimiz" kimi yetişdirməliyik.

Oxşar xəbərlər

Bütün xəbərlər