Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Elm və təhsil

10-02-2025, 14:46

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümü tamam olur.

Cəlil Məmmədquluzadə realist hekayələri, povestləri, dram əsərləri ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.

1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı “Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.

1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda C.Məmmədquluzadə jurnalist Ö.F.Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə C.Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 1906-cı il aprelin 7-də Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.

XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası 1909-cu ildə yazılıb. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş "Ölülər" komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.

C.Məmmədquluzadə, həmçinin “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.

Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.

Böyük ədib 1932-ci il yanvarın 4-də Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Oxunub: 152
Paylaş:
Digər xəbərlər

Gündəm

4-01-2024, 11:25

Cəlil Məmmədquluzadənin anım günüdür

Müsahibə

10-02-2024, 13:18

Cəlil Məmmədquluzadənin ev-muzeyi: Misilsiz sənət qaynağı - REPORTAJ

Mədəniyyət

22-02-2024, 13:43

Cəlil Məmmədquluzadənin 155 illiyi münasibətilə virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb

Mədəniyyət

26-01-2024, 09:55

Bu gün görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin doğum günüdür

Elm və təhsil

20-04-2023, 13:13

Nizami Muzeyində Ömər Faiq Nemanzadəyə həsr olunmuş elmi seminar məşğələsi keçirilib

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 16:28
Məktəblərdə son günlərdə xoşagəlməz münasibət yaranıb...
Bugün, 15:33
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
Bugün, 15:11
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
Bugün, 15:08
Sabahdan müəllimlərin attestasiyası başlayır
Bugün, 12:21
Sabahdan müəllimlərin attestasiyası başlayır
Bugün, 12:20
Kəsiri olmayan bütün tələbələrə təqaüddə güzəşt edilməlidir - TƏKLİF
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 16:28
    Məktəblərdə son günlərdə xoşagəlməz münasibət yaranıb...
  • Bugün, 15:33
    Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
  • Bugün, 15:11
    ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
  • Bugün, 15:08
    Sabahdan müəllimlərin attestasiyası başlayır
  • Bugün, 12:21
    Sabahdan müəllimlərin attestasiyası başlayır
  • Bugün, 12:20
    Kəsiri olmayan bütün tələbələrə təqaüddə güzəşt edilməlidir - TƏKLİF
  • Bugün, 12:19
    170-dən çox məktəbə yeni direktor təyin ediləcək
  • Bugün, 12:19
    Yeni xarici dil modeli: yazı işi necə qiymətləndiriləcək? - DİM
  • Bugün, 12:18
    Cəlil Məmmədquluzadə: müəllim, yazıçı, milli oyanışın təşəbbüskarı...
  • Bugün, 12:17
    Buraxılış imtahanları: zonalar arasında çətinlik fərqi realdır?
  • Bugün, 12:17
    Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib
  • Bugün, 12:16
    Respublika Fənn Olimpiadalarının yarımfinal turunda iştirak edəcək şagirdlərin məktəb direktorları ilə görüş keçirilib
  • Dün, 18:12
    Respublika Fənn Olimpiadalarının yarımfinal turunda iştirak edəcək şagirdlərin məktəb direktorları ilə görüş keçirilib
  • Dün, 18:07
    Azərbaycanda qanunsuz dekabr-mart tətili...
  • Dün, 17:47
    Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verilib
  • Dün, 17:46
    Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı olacaq
  • Dün, 17:45
    Elmi dərəcə almaq asanlaşıb, yoxsa çətinləşib? - 5 ilin STATİSTİKASI
  • Dün, 17:44
    Elm məktəbdən başlayır: UNEC-in təşəbbüsü genişlənir
  • Dün, 17:43
    Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi
  • Dün, 15:09
    İdrak liseyində yaralanan müəllimin vəziyyəti açıqlanıb
  • Dün, 15:08
    Şəmkirdə bıçaqlanan yeniyetmə evə buraxılıb- YENİLƏNİB
  • Dün, 15:07
    Kibertəhlükəsizlik təhsili əmək bazarına inteqrasiya olunur
  • Dün, 15:06
    AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib
  • Dün, 15:05
    Bakıdakı təhsil müəssisələrinin nəqliyyata təsiri müzakirə edilib
  • Dün, 15:05
    İngilis dili imtahanlarına qeydiyyat elan edilir
  • Dün, 15:04
    Azərbaycanda azyaşlılara sosial media qadağası GÖZLƏNİLİR
  • Dün, 15:03
    AzMİU-nun 50 illiyi İtaliya mətbuatında
  • Dün, 15:02
    “Yeniyetmələrin müəllimləri təhqir etməsi adi hala çevrilib” - Psixoloq
  • Dün, 13:20
    Müəllim nüfuzu — millətin gələcəyinin təminatı - MƏQALƏ
  • 8-02-2026, 19:50
    Universitetlər köklü problemləri həll etmədən reytinqlərdə necə yüksəlir?
  • 8-02-2026, 16:15
    Müəllimi güllələyən şagirdin “kumir”i terrorçu olub?
  • 8-02-2026, 16:13
    ​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
  • 7-02-2026, 22:48
    700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyadan yararlanıb. :Araz Paşayev paylaşım edib.
  • 7-02-2026, 15:13
    Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək
  • 7-02-2026, 15:12
    Şagirdlərin dərsdə iştirakı ilə bağlı iddiaya aydınlıq gətirilib- RƏSMİ
Daha çox
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
5-02-2026, 16:31
Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
8-02-2026, 16:13
​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
6-02-2026, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə