Xəbər lentiwidget-title-icon

Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Magistraturaya qəbulda YENİLİK - danışıq bacarıqları necə yoxlanacaq?
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır
İşsizlər üçün TƏQAÜDLÜ peşə kurslarına start verilir
Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - Yay Təcrübə Proqramı elan edilir
Məktəb psixoloqları da sertifikasiyadan keçiriləcək
Qəbul imtahanına qeydiyyat üçün son saatlar - DİM-dən XƏBƏRDARLIQ
AzMİU-nun həyətində taxta tullantıları yanıb- YENİLƏNİB
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Bakıda 273 saylı bağçada dəhşət - Müəllim Aygün Adıgözəlova bıçağı qızdıraraq uşağın əlinə dağ basdı
Direktor müavinlərinin işə qəbulunda yenilik olacaq - MÜTDA
Bu şəxslər MİQ-də pulsuz iştirak edəcəklər
Məktəbdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQAMA
Neçə məktəbdə monitorinqlər aparılıb?
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
Tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən “Karyera Həftəsi”nə start verilib
Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Dövlət Proqramı İdarəetmə Qrupunun YENİ RƏHBƏRİ
Təhsildə YENİ MODEL təklifi - universitetə qəbul üçün tək imtahan...
Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
Bu olimpiadalara buraxılış vərəqələri verilir
Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 30 yanvar 2025-ci il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 268 nəfərdən 28 nəfər imtahana gəlməyib. İmtahanda 117 nəfər müvəffəqiyyət əldə edib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 və 4 fevral tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər