Xəbər lentiwidget-title-icon

“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
TƏBİB-də rəhbər dəyişiklikləri: İslahatlar fonunda "Peşəkar Kadr" ehtiyacı
Braziliyada Azərbaycan gecəsi: milli mətbəx, musiqi və mədəni diplomatiya
"Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir - Prezident
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir
Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.

Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 10:00-da və 13:00-da olmaqla 2 növbədə keçirilib və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 299 nəfərdən 33 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 111 nəfər müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 və 5 dekabr 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər