Xəbər lentiwidget-title-icon

Rektor: İnklüziv təhsil ali məktəblərin qarşısına ciddi vəzifələr qoyur
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb
Mətbəxdə 180 dəqiqəlik mübarizə: Şanxaya gedəcək aşpaz seçildi
Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya: Direktor bütün pəncərələri dəmir setkalarla niyə bağlayır?
Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir
Lənkəranda “Sağlam və dayanıqlı şəhər naminə” ağacəkmə aksiyası təşkil edilib
Nadir şah haqqında yeni kitab təqdim olundu
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb. AzEdu.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.
Peşəkar MÜHASİB sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Diplomlu, amma işsiz: “İşəgötürənlər təhsilə yox, bacarığa baxır”
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Azərbaycana ekstradisiya edildi
Bakıda məktəbdə xuliqanlıq edən şagirdə elektron qolbaq taxıldı
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək
Bu dəyişiklik repetitorluğu LƏĞV EDƏCƏK
Nazir müavinindən direktorlara: "Müəllim əməyinə dəyər verilsin"
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün USTAD dərslərinə başlanıldı
ARTİ “Kenquru” ilə bağlı iddialara cavab verdi
Nazirlik daxilində “müstəqillik” iddiası, yoxsa idarəetmə böhranı?
“Biz -türkdilli ölkələr hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..-TƏHLİL
Məktəbdə ölüm halları... Gözlənilən nəticə

Taksi sürücülərinin imtahan vaxtı məlum olub

Taksi sürücülərinin imtahan vaxtı məlum olub

Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçirlər.

Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə xüsusi hazırlığın nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, sürücülərə müvafiq sənədin verilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.

Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00‑dan 20 avqust saat 23:59-dək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar.

Oxşar xəbərlər

Bütün xəbərlər