Xəbər lentiwidget-title-icon

TƏBİB-də rəhbər dəyişiklikləri: İslahatlar fonunda "Peşəkar Kadr" ehtiyacı
Braziliyada Azərbaycan gecəsi: milli mətbəx, musiqi və mədəni diplomatiya
"Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir - Prezident
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir
Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün yanvarın 23-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.

Həmin şəxslər 2025-ci il 23 dekabr saat 16:00-dan 2026-cı il 8 yanvar saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər