Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

AMEA-nın müxbir üzvü Türkiyədə Ümummilli Liderə həsr olunmuş konfransda çıxış edib

 

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bilkənd Universitetinin birgə təşkil etdiyi "Türkiyə Cümhuriyyətinin və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans”da məruzə ilə çıxış edib.

tehsilmedia.info xəbər verir ki, konfransda Səfirliyin nümayəndələri, Azərbaycan Milli Məclisinin üzvü Vüqar İskəndərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Bilkənd Universitetinin rektoru, professor Dr Kürşat Aydoğan və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə AMEA-nın müxbir üzvü İslam Mustafayev "Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı” adlı məruzə ilə çıxış edib. O, öz məruzəsində bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız keçmiş Sovetlər Birliyi miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, elmtutumlu istehsal sahələrinin genişlənməsi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

Ulu Öndərin rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilib. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Ümummilli Liderin diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni və güclü institusional potensial, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılıb, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi diqqət yetirilirdi.

1969-1980-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri ölkədə gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Həmin müddətdə yеni аli məktəblər - Nахçıvаndа, Хаnkəndində pеdаqоji institutlаr, İnşaat Mühəndisləri İnstitutu, Xarici Dillər İnstitutu, Gəncə Tехnоlоgiyа İnstitutu аçılmış və bütövlükdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər yüksəlmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc Mоskvа, Lеninqrаd, Kiyеv, Dоnеtsk, Nоvоsibirsk və digər böyük şəһərlərin nüfuzlu 170 ali ocağına təhsil almağa göndərilmişdir.

Ümummilli Lider Azərbaycanı dünya elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. 1969-1978 illərdə Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat institutlarının sayı 89-dan 118-ə, elmi işçilərin sayı 12850-dən 21407-ə, o cümlədən akademik və müxbir üzvlərin sayı 55-dən 100-ə, elmlər doktorunun sayı 329-dan 853-ə və elmlər namizədlərinin sayı 3000-dən 7594 nəfərə çatmışdı. Həm də bu kadr resurslarının fərdi potensialı gücləndirilmişdir.

Uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya və radiasiya texnologiyaları kimi sahələri inkişaf etdirilmişdi.

Təkcə 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində ölkədə aparılan elmi-tədqiqatların 55 nəticəsi Sovetlər Birliyi elminin ən mühüm nailiyyətləri sırasında qeyd edilmişdi. 70-80-ci illərdə, 10 il ərzində Elmlər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuş, 1000-dən çox müəlliflik şəhadətnaməsi alınmışdır.

1993-cü il Azərbaycan tarixində, müstəqil dövlətçilik tariximizdə, ölkəmizin ictimai-siyasi fikir tarixində dönüş ili kimi yadda qalmışdır. Bu dövrdə "Bir millət-iki dövlət” ideologiyasından çıxış edərək bütün sahələrdə olduğu kimi elm-təhsil sahəsində Türkiyə ilə əməkdaşlığa üstünlük verən Heydər Əliyev hakimiyyəti dövründə Türkiyə universitetləri ilə əlaqələri genişləndirmək təşəbbüslərini dəstəkləmiş, Türkiyənin TUBİTAK və NATO elm proqramları çərçivəsində alimlərin birgə tədqiqatlarına geniş yer verilmişdir. Nüfuzlu, habelə yeni təşkil olunan Türkiyə universitetlərində yüzlərlə Azərbaycanlı elm adamlarının tədqiqatları dəstəklənmişdir.

Heydər Əliyevin 15 may 2001-ci il tarixdə imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına "Milli Elmlər Akademiyası” kimi ən yüksək ali dövlət elmi-təşkilati statusu verilməsi dövlət başçısının Azərbaycan elminə əvəzsiz qayğısının parlaq təzahürü idi. Ölkə başçısı 2001-ci il avqustun 7-də AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında fərman imzalamışdır. Blokada şəraitində yaşayan, ölkəmizin ayrılmaz tərkib hissəsi və Türkiyə ilə həmsərhəd olan Naxçıvanda Akademiyanın bölməsinin yaradılması həm ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı, elmi tərəqqisi, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi və qorunub saxlanması üçün müstəsna əhəmiyyət kəsb edir.

Bu da danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır. 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişlər.

Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsil siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 21 avqust 2004-cü il tarixdə imzaladığı sərəncam bu günümüz üçün zəruri olan informasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə problemlərinin həlli baxımından strateji əhəmiyyət kəsb edir.

Eləcə də, 2009-cu ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, 2016-cı ildə Bakı Mühəndislik Universitetinin açılışı yeni yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ildə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası” sənədi təsdiq edildi. Sənədin mərhələli icrası Azərbaycanda orta təhsilin inkişafına yeni üfüqlər açdı.

Möhtərəm Prezident İlham Əliyevin 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı və proqram xarakterli nitqində Azərbaycanın inkişafında elmin rolunu bir daha xüsusi diqqətə çəkmişdir: "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük verir. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan alimlərinin I qurultayına ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, "Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi elm bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı təhsil sahəsində mövcud olan problemlərin həllinə dəstək verir.

Bu gün xalqımız qətiyyətlə inanır və görür ki, sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. Xalq - iqtidar həmrəyliyi var və bu, gələcək inkişafımızın təməl prinsipini təşkil edir. AzərbaycandaTürkiyənin TUBİTAK qurumu və universitetləri ilə son illər həyat keçirilən birgə layihələr ölkələrimiz arasında bu sahədə işbirliyinin yeni təcəssümüdür.

Oxşar xəbərlər


Bütün xəbərlər

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto