Xəbər lentiwidget-title-icon

Direktor müavinlərinin işə qəbulunda yenilik olacaq - MÜTDA
Bu şəxslər MİQ-də pulsuz iştirak edəcəklər
Məktəbdə çantaların yoxlanması ilə bağlı RƏSMİ AÇIQAMA
Neçə məktəbdə monitorinqlər aparılıb?
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
Tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən “Karyera Həftəsi”nə start verilib
Oxuyub anlama bacarıqlarının inkişafı üzrə təlim keçiriləcək
Dövlət Proqramı İdarəetmə Qrupunun YENİ RƏHBƏRİ
Təhsildə YENİ MODEL təklifi - universitetə qəbul üçün tək imtahan...
Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
Bu olimpiadalara buraxılış vərəqələri verilir
Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan dilinin qrammatikası yenidən hazırlanır: dərsliklər dəyişəcəkmi?
“Sərhədləri Aşan Gənclər” Forumu uğurla baş tutdu
Tanınmış Jurnalist Məleykə Abbaszadəni müəllimlər haqqında fikirlərinə görə sərt tənqid etdi-VİDEO
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilir

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması məqsədilə dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

30 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət orqanları tərəfindən bu sahədə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi üçün “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib.

Forumda açılış nitqi ilə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, dövlət qulluqçularının təlimə olan tələbatını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən effektli və davamlı təlim sisteminin formalaşdırılması barədə danışıb. Sədr, həmçinin dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçidlə bağlı məlumat verib.Daha sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, yeni strateji inkişaf mərhələsində davamlı iqtisadi artım "drayver"lərinin fəallaşdırılması, innovativ cəmiyyətin təşviqi, dövrün tələblərinə uyğun təhsil sisteminin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu strateji hədəflərə Dördüncü Sənaye İnqilabının əsas elementlərindən biri olan təlim və təhsilin transformasiyası ilə nail olmaq mümkündür. Elnur Əliyev insan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, dövlət qulluqçularının peşəkarlığının davamlı artırılması məqsədilə Dövlət İmtahan Mərkəzi ilə səmərəli əməkdaşlığı vurğulayıb.
Forum çərçivəsində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzi arasında anlaşma memorandumu da imzalanıb.

Forum dövlət orqanları və ali təhsil müəssisələrinin nümayəndələrinin panel çıxışları ilə davam edib. Burada “yaşıl iqtisadiyyat”, “yaşıl dünya” üçün “yaşıl təhsil”, hibrid təhsil, dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov “Dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiqi” mövzusunda təqdimat edib. Çıxışda dövlət qulluğuna qəbul və fəaliyyətin qiymətləndirilməsində səriştə modeli və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov isə “Təlimlər üzrə vahid elektron idarəetmə informasiya sistemi” adlı təqdimatla çıxış edib. E.Abbasov dövlət orqanlarında təlimlərə tələbat, təlimlərin elektron idarəedilməsi və qiymətləndirilməsi, hesabatlılığın təmin olunması barədə danışıb.

Forumun sonunda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər