Xəbər lentiwidget-title-icon

"Son zəng"də məzunlara fərqli geyimdə iştiraka icazə verən məktəb rəhbərliyi cəzalandırılacaq - AÇIQLAMA
Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir
Kənan Bağırov: Alternativ enerji ixtisasları üzrə 2 qrupda tələbə qəbulu aparılacaq
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri AÇIQLANDI
Riyaziyyatdan şagirdlər geriləyir - “problem mənimsəmə deyil, çətin suallardır”
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı
Bu liseyə direktor təyin EDİLDİ
9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM
"Dizayn Həftəsi" tələbə və müəllimləri bir araya gətirir - Dekan
Cəmiyyət repetitorsuz yüksək nəticəyə inanmır - zəif təhsil sistemi, yoxsa qısqanclıq?
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq
Mayda müəllimlər sertifikasiyadan keçəcək - fənlər və tarixlər
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır
Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Magistraturaya qəbulda YENİLİK - danışıq bacarıqları necə yoxlanacaq?
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır
İşsizlər üçün TƏQAÜDLÜ peşə kurslarına start verilir
Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - Yay Təcrübə Proqramı elan edilir
Məktəb psixoloqları da sertifikasiyadan keçiriləcək
Qəbul imtahanına qeydiyyat üçün son saatlar - DİM-dən XƏBƏRDARLIQ
AzMİU-nun həyətində taxta tullantıları yanıb- YENİLƏNİB
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Bakıda 273 saylı bağçada dəhşət - Müəllim Aygün Adıgözəlova bıçağı qızdıraraq uşağın əlinə dağ basdı

Sertifikasiya: “Onların təkrar imtahana çağırılması doğru deyil”

Sertifikasiya: “Onların təkrar imtahana çağırılması doğru deyil”

Ötən il sertifikasiyadan Azərbaycan dili və ədəbiyyat fənn üzrə 674 müəllim keçə bilməyib.

Bu il həmin müəllimlərə sertifikasiyada iştirak etmək üçün 2-ci dəfə şans veriləcək.

Bəs, görəsən, müəllimlərin tədris etdiyi fənni yaxşı bilməməsinə səbəb nədir? İkinci dəfə şans verilməsi həmin müəllimlərə necə təsir edəcək?

Mövzu ilə bağlı açqlama verən Milli məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyevin sözlərinə görə 674 müəllimin sertifikasiyadan keçə bilməməsi yaxşı deyil:

“Çünki bu az rəqəm deyil. Eyni zamanda uzun müddət həmin müəllimlər pedaqoji fəaliyyətlə məşğul olmalarına baxmayaraq, sonradan nəticə onu göstərib ki, onlar demək öz fənlərini qeyri-kafi səviyyədə biliblər. Tək sertifikasiya vasitəsilə bu neqativ halın aşkarlamaq bizə məsələnin mənzərəsini kifayət şəkildə təsvir etmək imkanları yaratmır. Bunun üçün düşünürəm ki, müəllimlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilməlidir.

Bəzən hansısa dövrün təhsilindən sitat gətirəndə yaxud müqayisə aparanda bunu qüsurlu hesab edirlər. Xeyr, belə deyil. Bugünkü müəllimin funksiyaları 30-40 il bundan əvvəlki müəllimin funksiyalarına nisbətən çox məhduddur. Çünki o dövrün müəllimləri həm də tərbiyə etmək funksiyasını öz üzərilərinə götürmüşdülər. Hazırda isə bu keyfiyyəti müəllimlər öz üzərlərindən atıblar. Tərbiyə ilə təhsil bir-biri ilə bağlıdır.

Sertifikasiyadan kəsilən müəllim özü müraciət edərək yenidən iştirak etmək istədiyini bildirməlidir. Yəni “mən təkrar iştiraka hazıram” deməlidir. Təkrar olaraq onların imtahana gətirilməsini müsbət hal hesab etmirəm. Müəllim öz istəyi ilə iştirak etməlidir. Müəllimlərin hər biri öz biliklərinin yoxlanılmasında maraqlı olmalıdırlar”.

Təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev ötənilki sertifikasiyada 674 müəllim fənni ilə bağlı ümumi informasiyaya sahib olmadığı üçün müsabiqədən keçə bilmədiyini vurğulayıb:

“Azərbaycan dili fənni olduqca stratejli bir fəndir. Buna görə də tədris prosesində əlbəttə hər bir müəllimin kifayət qədər peşəkar bacarıqlı olması tələb olunur. Azərbaycan dili müəllimi fənn qrupu ilə paralel olaraq həm pedaqoji hazırlıqlı olmalı, həm də ixtisasını mükəmməl bilməlidir. Ötənilki sertifikasiyada 674 müəllim fənni ilə bağlı ümumi informasiyaya sahib olmadığı üçün təəssüflər olsun ki, müsabiqədən keçə bilməyib”.

Həmsöhbətimiz 2-ci dəfə şansın verilməsini müəllimlər üçün üstünlük hesab qeyd edib:

“Müəllimlər hər zaman çalışmalıdırlar ki, fənləri ilə bağlı bütün məlumat və detalları mənimsəyə bilsinlər və həmin mənimsədikləri bilikləri qarşı tərəfə yəni təhsilalana ötürsünlər. İkinci dəfə onlara şansın verilməsi fikrimcə, böyük üstünlükdür. Çünki hər hansı bir şəxs Ana dilini bilmirsə, paralelində həmin şəxs pedaqoji fəaliyyətlə məşğul olursa ümumi keçirilən müsabiqədə sualları cavablandıra bilmirsə əlbəttə bu onlar üçün şans olduğunu düşünürəm.

Yaxşı olar ki, müəllimlər özlərini inkişaf etdirmək üçün kurikulumla bağlı informasiya əldə etsinlər. Tədris etdiyi fənlərini daha detallı öyrənsinlər. Belə olduğu təqdirdə uğur qazanacaqlarını düşünürəm”, -deyə ekspert fikrini tamamlayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər