Xəbər lentiwidget-title-icon

"Son zəng"də məzunlara fərqli geyimdə iştiraka icazə verən məktəb rəhbərliyi cəzalandırılacaq - AÇIQLAMA
Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Valideyn-məktəb əməkdaşlığı genişləndirilir
Kənan Bağırov: Alternativ enerji ixtisasları üzrə 2 qrupda tələbə qəbulu aparılacaq
RFO-nun riyaziyyat və kimya üzrə nəticələri AÇIQLANDI
Riyaziyyatdan şagirdlər geriləyir - “problem mənimsəmə deyil, çətin suallardır”
Sertifikasiyadan keçəcək müəllimlərin sayı artdı
Bu liseyə direktor təyin EDİLDİ
9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM
"Dizayn Həftəsi" tələbə və müəllimləri bir araya gətirir - Dekan
Cəmiyyət repetitorsuz yüksək nəticəyə inanmır - zəif təhsil sistemi, yoxsa qısqanclıq?
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq
Mayda müəllimlər sertifikasiyadan keçəcək - fənlər və tarixlər
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır
Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Magistraturaya qəbulda YENİLİK - danışıq bacarıqları necə yoxlanacaq?
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır
İşsizlər üçün TƏQAÜDLÜ peşə kurslarına start verilir
Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - Yay Təcrübə Proqramı elan edilir
Məktəb psixoloqları da sertifikasiyadan keçiriləcək
Qəbul imtahanına qeydiyyat üçün son saatlar - DİM-dən XƏBƏRDARLIQ
AzMİU-nun həyətində taxta tullantıları yanıb- YENİLƏNİB
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Bakıda 273 saylı bağçada dəhşət - Müəllim Aygün Adıgözəlova bıçağı qızdıraraq uşağın əlinə dağ basdı

Valideyn-məktəb əməkdaşlığı genişləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Binəqədi, Nizami, Səbail və Qaradağ rayonları üzrə təşkil olunub.

Konfranslarda BŞTİ-nin müdir müavinləri Anar Qədiməliyev və Turanə Məcidli, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin (UMİ) əməkdaşı Nərgiz Məmmədova, BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova, UMİ-nin psixoloqu Arzu Hüseynzadə, məktəb direktorları, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak ediblər.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova valideyn-məktəb əməkdaşlığının gücləndirilməsini sağlam və balanslı nəsil yetişdirilməsinin əsas şərtlərindən biri kimi dəyərləndirib. Ailə mühitində uşağa yönələn diqqətin onun akademik nəticələrinə və emosional inkişafına xüsusi təsir göstərdiyini vurğulayan şöbə müdiri bu diqqət və qayğının uşaqlarda özünəinamın formalaşmasına və onların potensialının daha dolğun şəkildə üzə çıxarılmasına şərait yaratdığını qeyd edib.

BŞTİ-nin müdir müavinləri Anar Qədiməliyev və Turanə Məcidli ailə-məktəb əlaqələrinin uşağın davranışına və təhsilə münasibətinə təsirini vurğulayaraq davamlı və məqsədyönlü ünsiyyətin uşağın ehtiyaclarının düzgün müəyyənləşdirilməsi, vaxtında dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil müəssisələri ilə ictimaiyyət arasında effektiv kommunikasiya mexanizmlərinin qurulmasının vacibliyindən, məktəblərin fəaliyyətinə ictimai etimadın artmasına xidmət edən şəffaf və operativ məlumatlandırmanın əhəmiyyətindən, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin və gündəlik fəaliyyətin səmərəli təşkilinin tədris prosesinin keyfiyyətinə təsirlərindən, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova məktəblərlə birgə fəaliyyətin uşaqların müdafiəsi və təhlükəsiz təhsil mühitinin təmin olunmasında oynadığı mühüm roldan danışıblar.

“Ailə və məktəb mühitində uşağın psixoloji və emosional inkişafı”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması”, “Valideyn-məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili” və “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” mövzularında təqdimatlarla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova və UMİ-nin psixoloqu Arzu Hüseynzadə uşağın emosional sabitliyinin onun hisslərinin dinlənilməsi və düzgün yönləndirilməsi ilə formalaşdığını söyləyiblər. Psixoloqlar rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması üçün texniki nəzarətdən daha çox, uşaqlarda məsuliyyətli istifadə vərdişlərinin formalaşdırılmasını əsas həll yollarından biri kimi qiymətləndiriblər.

Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər