Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

Bakı Avrasiya Universitetinin Prorektoru Kazinoda Böyük Pul Uduzub – Təfərrüat

Bakı Avrasiya Universitetinin Prorektoru Kazinoda Böyük Pul Uduzub – Təfərrüat

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. XəbərAl.az məlumat verir ki, yayılan xəbərlərə əsasən, BAU-nun prorektoru dostları ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisə istirahətə yollanıb və aprelin 11-də əyləncə məqsədi ilə Tiflisdəki məşhur “Ambasodor” kazinosuna gedib. Amma onun əyləncəsi necə deyərlər, “burnundan gəlib”. Belə ki, prorektor kazinoda yüksək məbləğdə pul uduzub. Ümumiyyətlə, onun azart həvəskarı olduğu haqda iddialar var.

Nazim Hüseynov

Qeyd edək ki, Gürkan Hüseynov həm də Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğludur. Əslən Gədəbəydən olan rektor öz oğlunu ali məktəbin prorektoru təyin edib. Lakin göründüyü kimi, prorektor elm və tədrisi deyil, bayram günlərində qumarı üstün tutub. Bildirilir ki, bu hadisə rektor atasını möhkəm qəzəbləndirib və Nazim Hüseynov prorektor oğlunun kazinoda yüksək məbləğdə pul uduzmasına görə bərk dilxor olub. Yayılan məlumatlarda o da deyilir ki, sözügedən kazinoya yalnız pasportla və video qeydiyyatla daxil olmaq mümkündür.Yəni müştərinin şəxsiyyətinin kimliyi qeydə alınır, eləcə də video görüntü götürməklə üzü skayner edilir. Ona görə də kazinodakıların kimliyi haqda obyektin administrasiyasında səhih məlumatlar olur. Bu səbəbdən yayılan informasiya ilə bağlı “Ambasodor” kazinosu ilə əlaqə saxlayaraq dəqiqləşdirmə aparmağa çalışdıq. Lakin oradan saytımıza deyildi ki, onlar müştəriləri barədə məlumatları məxfi saxlayırlar və yalnız rəsmi sorğu əsasında cavab verilə bilər. Onu da deyək ki, qeyri-iş günləri olduğu üçün xəbəri Hüseynovların özü və universitetlə aydınlaşdırmaq imkanımız olmadı. Bütün hallarda yayılan bu məlumatlarla bağlı qarşı mövqeyini işıqlandırmağa hazırıq.//Tribunainfo.az//

XəbərAl.az

Oxşar xəbərlər

Bütün xəbərlər