Yeni dil öyrənməyin effektiv üsulları hansılardır? - AÇIQLAMA

Yeni bir dil öyrənmək bir çox şəsin arzusudur. Lakin insanlar yeni dil öyrənməyin asan olmadığını və necə başlayacaqlarını bilmirlər.
Bəs yeni dil öyrənmək üçün hansı üsullardan istifadə edə bilərik?
Mövzu ilə bağlı tehsilmedia.info-a danışan ingilis dili müəllimi Aysel Əmirova bildirib ki, yeni dil öyrənməyi qarşıya qoyan şəxslər əvvəlcə bu dil barədə bilik səviyyələrini bilməlidir.
"Başlanğıc səviyyədə olan zaman söz bazasının genişləndirilməlidir. Çünki xarici dildə çox söz bilmək dili öyrənmək baxımından çox önəmli faktordur.
Daha sonra isə xarici dildə filmlər izləmək daha məqsədəuyğundur. Çünki insanlar müəyyən zaman dilimindən sonra izlədiyi filmləri sərbəst şəkildə tərcümə edə bilər".
Aysel Əmirova qeyd edib ki, öyrənilən dil barədə müəyyən qədər anlayış varsa fərqli metodlardan istifadə etmək lazımdır.
"Bu dildə kimləsə dialoq qurmaq, mütəmadi olaraq listeninglər dinləmək öyrənməyi asanlaşdıran üsullardandır.
Hər gün praktiki olaraq bu dilin üzərində çalışmaq lazımdır. Çünki daimi olaraq praktika etmədikdə öyrənilən informasiyalar yaddan çıxa bilər. Bu dildə esse yazaraq da öyrənmək ən önəmli üsullardan biridir. Daima araşdırma etmək, yeni sözlər öyrənmək olduqca vacibdir".



























