Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

9 dildə sərbəst danışan Aslan: “Hər birini özüm təkbaşına öyrənmişəm”-SÖHBƏT

9 dildə sərbəst danışan Aslan: “Hər birini özüm təkbaşına öyrənmişəm”-SÖHBƏT

“Düşünürəm ki, bu dünyada hər kəsin bir missiyası var. Mənim missiyam da öyrənmək, özümü şəxsi inkişaf etdirmək, təcrübə qazanmaq və qazandığım pozitiv bilik və təcrübələri insanlarla paylaşmaqdır”.

Aslan Məmmədzadəyə aiddir bu sözlər... Hansı Aslan?- Bu saat deyək, ya da özünün diliylə bir neçə cümləlik tanıtımını edək:

“Şəxsi və işgüzar həyatımda 9 müxtəlif dildən istifadə edirəm: Rus, türk, ingilis, fransız, ispan italyan, alman, polyak dillərini -akedemik səviyyədə öyrənmişəm. Müxtəlif ölkələrdən olan insanlarla bu dillərin mənimsənilməsi prosesini işləyib həyata keçirirəm.

tehsilmedia.info poliqlot, təlimçi və mentor Aslan Məmmədzadənin qısa söhbətini təqdim edir.

-9 dildə səlis danışırsınız. Bir dili öyrənmək üçün öncə nədən və necə başlamaq lazımdır?

-Son 10 ilimi bu suala həsr etmişəm. Daha doğrusu, onun cavabının axtarışına…
İndisə yalnız bunu deyə bilərəm: bir dili öyrənmək üçün əvvəlcə onu duymaq çox vacib şərtlərdən biridir.

-Bəs , sonrakı proses? Əsas mənimsəmə metodları hansılardır?

-Elmi araşdırmalar da sübut edir ki, nə əzbərçilik, nə də canlı ünsiyyət dili mənimsəməkdə əsas rol oynamır. Oxumaq və dinləmək vasitəsilə biz bütün dilləri öz ana dilimiz kimi mənimsəyə bilərik. Əlbəttə, qrammatika və lüğət öyrənib müəyyən baza yaratdıqdan sonra danışığa fokuslanmalıyıq. Eyni zamanda insanlara individual yanaşma lazımdır. İndividual yanaşma dedikdə mənimsəmənin müxtəlif metodlarla həyata keçməsi nəzərdə tutulur. Bəzi insanlar musiqiylə, bəziləri isə hekayə kitabları oxumaqla, film izləməklə mənimsəyə bilər.
-Dil öyrənmək üçün xüsusi hazırlıq kurslarına mütləq ehtiyac varmı?

-Bu sualın mürrəkkəb cavabı var: Dil öyrənmə zamanı hazırlıq kurslarına həm getmək, həm də getməmək lazımdır. Əvvəlcə niyə getməli olduğumuzu izah edim: Biz kursa getdiyimiz zaman bu sahə üzrə peşəkar bir müəllimlə işləyirik. Həmin müəllim bir çox tələbə və şagirdlə çalışır. O, peşəkar karyerasında qazandığı təcrübələri bölüşərək tələbələrə istiqamət və motivasiya verir. Müəllim bu prosesi daha sürətli həyata keçirir, bələdçiliyi ilə öyrənmə prosesi tezləşir.

Hazırda müasir dövrümüzdə internetdən istifadə etdiyimiz zaman qarşımıza bir çox elektron resurslar çıxır. Biz onlardan istifadə edərək istənilən dili mənimsəyə bilərik. Mən şəxsən ingilis dilindən savayı 8 dili özüm öyrənmişəm. Bu dilləri öyrənmək mənim çox vaxtımı alıb. Bəlkə də, mənə nəzarət edən bir bələdçi olsaydı, daha sürətli öyrənərdim. Amma onları təkbaşına mənimsəməyim mənə daha dərin bir təcrübə qazandırıb. Bu proses əsasında yüzlərlə səhv etmişəm. Etdiyim səhvlərdən nəticə çıxararaq insanın beyninin dilləri necə mənimsəməsi haqqında dərin araşdırmaya sahib olmuşam.

-İnsan bir dili öyrənməyə çətinlik çəkir. Siz 9 dili öyrənib necə yadda saxlamısınız?

-Motivasiyası yüksək olan hər kəs istədiyi qədər dil öyrənə bilər. Dil öyrənmək mürəkkəb prosesdir. Buna görə motivasiya böyük əhəmiyyət kəsb edir. 4-5 ay öz üzərimizdə mütəmadi olaraq işləmək vacibdir. Bu zaman müddətində iradəli və motivasiyalı olmaq lazımdır. Mənim ən böyük motivasiyam beyini araşdırmaq idi. Mən hazırda dil öyrənməyə davam edirəm ki, araşdırmamı genişləndirim.

-Sıfırdan dil öyrənmək istəyənlər üçün nə kimi təklifləriniz var?

-Sıfırdan bir dili öyrənmək üçün əvvəlcə bu sualı özümüzə verməliyik: Bizim bu dili öyrənməkdə məqsədimiz nədir? Əgər bizim hədəfimiz işdə, peşəkar həyatda insanlarla ünsiyyət qurmaqdırsa, o zaman biz əvvəlcə feilləri öyrənməliyik. Çünki kommunikasiya feil deməkdir. Mütəmadi istifadə etdiyimiz feillər çox deyil. Biz gündəlik həyatımızda 30-40 feil işlədirik. Bu feillərin siyahısını çıxartmaq lazımdır. Bu feilləri öyrəndikdən sonra onların zamana görə dəyişməsini mənimsəmək lazımdır. Bu feilləri praktiki kiçik cümlələr quraraq asanlıqla öyrənə bilərik. Vacib nüanslardan biri doğru seçilmiş sözləri lakonik cümlələrdə öyrənməkdir. Digər təklifim odur ki, motivasiyalarını yüksək tutsunlar və istədikləri dili öyrənə biləcəklərinə inansınlar.

Ülkər Abdurahmanlı

Oxşar xəbərlər

Bütün xəbərlər