Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

"Direktorlar bəzən özlərini məktəbin ağası kimi aparırlar" - Hüquqşünas

"Direktorlar bəzən özlərini məktəbin ağası kimi aparırlar" - Hüquqşünas

"Direktorlar bu cür davranışına görə cavab verməlidir. Çünki birinci pedaqoqun şagirdlərin yanında alçaldılması təhsil sisteminə çox təsir göstərən bir amildir. Çünki müəllim hörmətdən düşür, onun tədris elədikləri uşaqların gözündə qiymətdən düşür. Direktor bunu özü pedaqoq ola-ola başa düşməlidir. Direktorun dedikləri araşdırılmalıdır. Əgər orada təhqir varsa və bu, şagirdlərin, müəllim kollektivinin gözü qabağında olubsa, o, təhqirə görə məsuliyyət daşımalıdır. Yox, sadəcə danlaq olubsa, bu, intizam qaydasında həll olunmalıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bəzi orta məktəb direktorlarının müəllimlərlə pis rəftarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bizlərdə "məsuliyyət nəzərdə tutulur" deyəndə dərhal gözümüzün qarşısında ya cinayət məsuliyyəti gəlir, ya inzibati xəta:

"Ancaq bir çox hallarda həm də intizam xətası ola bilər, yəni davranış qaydalarının pozuntusu ola bilər. Birinci direktor özü etik qaydalara riayət eləməyib. Kütləvi surətdə müəllimlərin gözü qarşısında, şagirdlərin gözü qarşısında kobud davranıbsa, kobud sözlər deyibsə, bu, artıq onun həmin vəzifəyə bəlkə də uyğunsuzluğunu göstərir, təsadüfi düşməsini göstərir. Çox təəssüf ki, bizdə belə hallar həddindən artıq çoxdur. Təhsili öldürən budur ki, inzibati işlərə pedaqoqlar deyil, kiminsə tanışlığı ilə, tapşırığı ilə gələnlər olur. Direktorun qeyri-etik işlətdiyi sözlər təsdiqini taparsa, ən azı intizam qaydasında mütləq cəzalanmalıdır. Özü də hesab edirəm ki, çox ciddi cəzalanmalıdır. Çünki çox təəssüf ki, direktorlar bəzən özlərini məktəbin ağası kimi aparırlar. Ona görə də bunu preventiv tədbir kimi nazirlik etməlidir, bax, direktorlar özlərini belə aparmamalıdırlar, hamısına dərs olmalıdır ki, gələcəkdə belə hərəkətlərə yol verilməsin".

Oxşar xəbərlər

Bütün xəbərlər