Xəbər lentiwidget-title-icon

Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək

"Azərbaycanda "təhsil ölüb" - Abbaszadənin “700 bal yoxdursa, dünya dağıldı?" fikirinə SƏRT CAVAB

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin "700 bal yoxdursa, dünya dağıldı?” fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sərt reaksiya sərgilənib. İnsanlar şagirdlərin maksimum bal toplaya bilməməsini təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndiriblər və bu məsələdə DİM sədrinin də günahkar olduğunu dilə gətiriblər. 

Mövzunu Tehsilmedia..az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, aprel ayının 12-si keçirilən imtahanlarda ümumilikdə 130 min şagird iştirak edib: "Onlar 11 il məktəbə gediblər. Eyni zamanda valideynlər ən azı 3-4 il repetitorlara pul töküblər. Necə olur ki, onlar arasında bir nəfər də olsa şagird, maksimum bal toplamır? Lap 700 balı kənara qoyaq, necə olur ki, ən azı 300 bal toplayan olmur? Sovet dövründə Azərbaycanın 121 nəfər qəhrəmanı vardı. Təbii ki, hər kəs bu adı almırdı. Amma Sovet İttifaqı Qəhrəmanı olan soydaşlarımızın sayı da az deyildi. Təkrar edirəm, 700 ballıq sistem ölçü vahididir. Necə olur ki, 2020-2022-ci illərdə maksimum bal toplayan şagirdlər var idi, indi yoxdur? Yoxdur deyə dünya dağılmır, amma yuxarı nəticə göstərənlərin sayı da çox deyil axı… Cəmi 3 şagird 297 bal toplayıb. Amma sıfır bal yığanların sayı minlərlədir. Bəs buna nə ad verək? Yuxarı bal toplayan yoxdur, amma aşağı bal yığanların sayı həddən artıqdır. Bu, artıq təhsil sistemindəki problemlərdən xəbər verir”.
 
Ekspert əlavə edib ki, bilik və bacarıqları ölçən vahidlər var: "Şagird sayı 130 min nəfərdirsə və onlar arasında bir nəfər də olsa maksimum bal toplamırsa, deməli, burada ya testdə, ya şagirddə, ya da təhsil sistemində problem mövcuddur. Təkrar edirəm, 700 balın olmaması dünyanın dağılması demək deyil. Amma maksimum balı toplayanda da dünya dağılmayacaq. O zaman niyə də maksimum bal yığanların sayı çox olmamalıdır? Bunun başqa açıqlaması yoxdur, birmənalı şəkildə maksimum bal toplayanlar olmalıdır. Hesab edirəm ki, Azərbaycanda artıq təhsil "ölüb”. Təhsilin idarə olunması, strukturu son 3 il ərzində məhv olub, Yəni, ölkədə təhsil adına heç nə yoxdur. Bu da onun nəticəsidir”.
 
TƏHSİL MEDİA 

Oxşar xəbərlər

Bütün xəbərlər