Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”

Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”

Dünən Gəncə şəhərində 11-ci sinif şagirdinin qətlə yetirilməsi hər kəsi şoka salıb. Hadisə 8 nömrəli tam orta məktəbdə baş verib. 17 yaşlı Raul Rəhimov məktəbin önündə həmyaşıdı tərəfindən bıçalanıb. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.

Son dövrlər məktəblərdə neqativ hallar - şagirdlərin döyülməsi, bıçalanması, zorakılıq hallarının artması cəmiyyətdə müzakirələrə səbəb olur. Bəziləri belə hadisələrin səbəbkarının məktəb olduğunu, bəziləri isə valideynləri günahlandırır.

Məktəblərdə zorakılıq hallarının bu qədər artmasının səbəbi nədir?

tehsilmedia.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında deyir ki, şagirdlərim məktəbdə kitabaların onlara öyrətdiyi qəhramanlıqları yox, sosial şəbəkələrin qəhrəman imicində təqdim etdiyi cinayətkar aləmin “vorzakon” larını örnək götürür.

"Bu gün orta təhsil məktəbində oxuyan şagirdin əlində kitab olmalı olduğu halda bıçaq var. Bunlar ciddi mesajlardır. Son illər məktəblərdə baş verən hadisələrə baxdıqda görürük ki, şagirdlərin iştirakı ilə kəsici-deşici alətlərlə xəsarət halları çoxalıb.

Bunun birinci səbəbi orta təhsil məktəblərində psixoloqların şagirdlər ilə düzgün ünsiyyət qurmamaları, məktəb kitabxanalarıda kitabların şagirdlərə oxudulmamasıdır. Şəxsiyyət kimi formalaşmalı olan şagird kitablardan özünə qəhərman obrazı tapmalıdır. Cinayətkarları qəhrəman görmək bu tip xoşagəlməz halların baş verməsinə gətirib, çıxarır. Necə ola bilər ki, məktəbdə şagirdin əlində kəsici alət olsun? Təhlükəsizlik gücləndirilməli, mütəmadi olaraq məktəblərin qarşısında post-patrul xidmətinin əməkdaşları dayanmalıdırlar”.

Təhsil ekspertinin sözlərinə görə, belə zorakılıq hallarının yaşanması onu deməyə əsas verir ki, məktəblər öz öhdəliklərini yerinə yetirə bilmirlər:

“Məktəb psixoloqları şagirdlərlə işləməli, testlər keçirməlidirlər. Şagirdlər arasında zorakılığa meyilli olanlar müəyyənləşdirilib, profilaktik tədbirlər görülməlidir. Araşdırılmalıdır ki, 13-14 yaşlı biri necə insan öldürə bilir? Bu hadisə həm də onu göstərir ki, məktəb direktorları və direktor müavinləri öz vəzifəsini yerin yetirə bilmirlər”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, təhsil müəssisələrində müdafiənin gücləndirilməsi istiqamətində çox ciddi addımlar atmaq lazımdır:

“Zorakılıq halları təkcə Azərbaycana aid deyil, dünyanın hər yerində baş verən hadisədir. Belə hadisələr məktəbdə, məktəbdən kənarda da yaşanır.

Çox sarsıdıcı bir haldır ki, bu hadisə ölüm ilə nəticələnib. Eyni zamanda mətbuatdakı məlumata görə, hadisəni törədən də yeniyetmədir. Zorakılığa məruz qalan və onu törədən tərəf var. Açıqlamalardan görünür ki, tərəflər arasında əvvəlcədən gərginlik olub. Əgər zamanında müdaxilə edilsəydi, bu hal baş verməzdi”.

İctimai şura sədrinin fikrincə, təhsilalanlara məktəbəqədər təhsil və orta təhsil müddətində zorakılıqdan uzaq qalmaq öyrədilməlidir:

“Məktəblərdə sosial pedaqoqlar olmalıdır. Davranış qaydaları təkcə sənəd üzərində olmamalı, tətbiqi də həyata keçirilməlidir. Hərtərəfli iş aparılmalıdır. Məktəblinin soyuq silahdan istifadəsi qorxulu faktdır. Ancaq düşünürəm ki, belə hadisələr zamanı tək məktəbi günahlandırmaq doğru deyil. Şagirdin dəyərlərinin formalaşmasında valideyn də iştirak etməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər