Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

24 yanvar 2024-cü il tarixindən 39 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 116 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.

Ümumi müsahibə elan edilən vəzifələrin 7-si inzibati vəzifələrin dördüncü təsnifatına, 10-u beşinci təsnifatına, 22-si altıncı təsnifatına və 77-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (16 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 44-ü 21 yerli icra hakimiyyəti orqanı tərəfindən, 20-si Naxçıvan Muxtar Respublikasının 5 dövlət orqanı tərəfindən təqdim edilib.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 24 yanvar 2024-cü il tarixindən 22 fevral 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Oxşar xəbərlər

Bütün xəbərlər