Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərindən Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibəti pisləyən BƏYANAT

Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərindən Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibəti pisləyən BƏYANAT

Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibəti pisləyən bəyanat qəbul ediblər.

tehsilmedia.info xəbər verir ki, bəyanatda deyilir:

"Biz - Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.

Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır.

Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanafobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik.

Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsidir, Xan qızının bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin abadlığı və ictimai-mədəni mühitinin inkişafı üçün çalışıb, humanist təbiəti, nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.

Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi 1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışa çıxarıldı. Bu gün hər 3 büst Şuşada – doğma torpağındadır.

Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı.

Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin təntənəsini nümayiş etdirir.

Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri qarşısında baş verib.

Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.

Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirir.

Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-Le Ba şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı şəkildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa hakimiyyəti Azərbaycana qarşı hücuma keçib. Biz yaxşı başa düşürük ki, bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır. Yelisey Sarayından buna son qoyulmasını tələb edirik.

Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq.

Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq.

Yelisey Sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan Səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır.

Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir".

Bəyanatı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Ramiz Rövşən, Xalq yazıçısı Mövlud Süleymanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov, Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva, “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu, “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Mübariz Əsgərov, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva və Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyinin sədri Nuriyyə Hüseynova imzalayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər