Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

Mətbuat Şurası: “Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniya yolverilməzdir”

Mətbuat Şurası: “Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniya yolverilməzdir”

Azərbaycan Mətbuat Şurası Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı aparılan kampaniyanı pisləyən bəyanat yayıb.

"tehsilmedia.info" ın məlumatına görə, bəyanatda qeyd edilib ki, Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniyanın aparılması yolverilməzdir.

Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, cılızlıqdan başqa bir şey deyil.

Məlum olduğu kimi, AZƏRTAC-ın əməkdaşı Aygün Hüseynova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq üçün fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam edilib. Lakin hava limanında onun əraziyə girişinə imkan verilməyib, guya vizasının olmaması bəhanə gətirilib. Jurnalist həbslə hədələnərək, üçüncü ölkəyə yola salınıb. Belə qanunsuzluq əməli Azərbaycan mediasında ciddi narazılıq doğurub və ölkəmizin media qurumları etiraz bəyanatları yayıblar.

Görünür, bütün bunlar, həmçinin Yeni Kaledoniyadakı yolverilməz davranışın dünya mediasında geniş əks-səda doğurması Fransanın hakim dairələrini “arqument” axtarışına sövq edib. AZƏRTAC-ın əməkdaşlarına qarşı “qara piar” kampaniyasının aparılmasını, onlara “casus” damğasının vurulmasını yalnız bu cür qiymətləndirmək mümkündür.

Mətbuat Şurası bəyan edir ki, ölkəmizin media nümayəndələrinin fəaliyyətində heç bir qanunsuzluq əməli olmayıb. Onların Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini işıqlandırmaq istəklərində əsaslandırılmış bəşəri və ictimai motiv var. Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır. Nəzərə alaq ki, jurnalistimizə qarşı haqsızlıq Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa tərəfindən də pislənilib, media təmsilçilərimizə dəstək ifadə olunub.

Belə bir durumda Fransa mediasında azərbaycanlı jurnalistləri gözdən salmaq cəhdi bir daha təsdiq edir ki, ölkə hökuməti özünün despotik mahiyyətini ört-basdır etmək niyyətindədir. Məqsəd bəllidir: müstəmləkə boyunduruğunda olan xalqlar, o cümlədən Yeni Kaledoniya xalqı ilə bağlı həqiqətlərin yayılmasının qarşısını almaq.

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir. Şura bunu antidemokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayır və bildirir ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir.

Çox təəssüf ki, ölkənin hazırkı Prezidenti Emmanuel Makron və onun avtokratiyaya yuvarlanmış administrasiyası söz azadlığı müstəvisindəki primitiv siyasi oyunların ölkəyə vurduğu zərəri düşünməyəcək qədər iflic vəziyyətdədir. Şura dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırır.

Oxşar xəbərlər

Bütün xəbərlər